Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Saxta hekim senedi ile istintaqdan yayınan MTN polkovniki -Tehsin Ağayev toylarda yallı gedir

01 Eylül 2016

11:44 pm


02/09/2016 [03:41]: xeber –
Milli Təhlükəsizlik Nazirliyindəki mütəşəkkil cinayətkar dəstənin ifşasının bir ilinin tamam olmasına az vaxt qalır. Ötən aylar ərzində prokurorluq orqanlarında MTN-dəki cinayətkar dəstənin üzvlərinə qarşı açılan cinayət işinin istintaqı davam edir. Ancaq “dəstə başçısı” Eldar Mahmudov və onun “baş torbatikəni” olan Mövlan Şıxəliyevin azadlıqda qalması cəmiyyətdə birmənalı qarşılanmır.Bu arada  ləğv olunmuş MTN-nin İstintaq Baş İdarəsinin sabiq rəis müavini Təhsin Ağayevin istintaqdan yayınması barədə məlumat daxil olub. Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Leyla Şıxlıniskayanın klinikasında saxta epikriz yazdıran Təhsin Ağayev xəstəlik səbəblərinin əsas gətirərək, istintaqdan yayınır. Belə ki, 50-yə yaxın iş üzrə ifadə verməli olan Təhsin Ağayev istintaqın çağırışlarına epikrizlər göndərməklə məhəl qoymur. Həmin sənədlərdə guya onun ölüm ayağında olması barədə rəylər də yazılıb.Araşdırmamız zamanı onu da öyrəndik ki, yaxınlarının toy məclislərinə qatılan və orada yallı gedən Təhsin Ağayevin səhhəti nədənsə həmin məclislərdə normal olur. Ümid edirik ki, prokurorluq orqanları fəaliyyəti dövründə saysız qanunsuzluqlara imza atan Təhsin Ağayevi və onun sifarişi ilə saxta cinayət işlərinin istintaqını aparan müstəntiq Elşən Murtuzov kimi hüquqa qəsd edən şəxsləri məsuliyyətə cəlb edəcək və məhkəmə onların layiqli cəzasını təyin edəcək.(Gununsesi.info)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler