Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Savçenkonu Kreml ile razılığa gelmekde ittiham etdiler

03 Ağustos 2016

1:48 pm


03/08/2016 [17:46]: xeber –
Ukraynanın Ali Radasında Radikal partiya fraksiyasının lideri Oleqlyaşko ukraynalı hərbçi Nadejda Savçenkonun Rusiya hakimiyyəti ilə azadlığa buraxılmasının əvəzində, “Ukraynanı satmaq” barədə razılaşdığını bəyan edib. sayt Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə parlamentari avqustun 3-də öz “Facebook” səhifəsində yazıb.  “Savçenko – müstəqil deyil, o, asılı və kənardan idarə edilən bir fiqurdur. Nadejda daha bizim hörmətimizə layiq deyil. Onu Ukrayna qəhrəmanı adından, deputat mandatından məhrum etmək və Ukraynanın AŞPA-dakı heyətindən geri çağırmaq lazımdır”, – Lyaşko bəyan edib. Siyasətçinin fikrincə, Savçenko dediyi sözlərin Ukrayna üçün nə qədər məhvedici olduğunu özü anlayır, amma bu bəyanatları asılı olduğu və ya kompromat üçün edir.  Avqustun 2-də Nadejda Savçenko Kiyevdə xüsusi brifinqdə çıxış edib. Ukraynanın hərbi komandanlığını kütbeyinlər adlandıraraq 2014 və 2015-ci ilin əvvələrində Silahlı qüvvələrin verdiyi çoxsaylı itkilər üçün cəzalandırmağı tələb edib. O, həmçinin əsrlərin azad edilməsi prosesinin uzadılmasına etiraz olaraq aclıq da elan edib. İyulun 22-də ukraynalı hərbçi bəyan edib ki, ukraynalılar Donbas sakinlərindən üzr istəməlidirlər. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler