Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

““Satqınlar qebiristanlığı”nın yaradılması…”

21 Temmuz 2016

10:24 am


21/07/2016 [14:23]: xeber –
İstanbul
şəhər meri Kadır Topbaş bildirib ki, 15 iyul çevrilişinə cəhd zamanı ölən
hərbçilərin dəfni üçün xüsusi yer ayrılacaq və həmin yer “Satqınlar
qəbiristanlığı” adlanacaq.

Maraqlıdır, İslam
dininə görə insanların dəfni zamanı bu cür ayrı seçkiliyə yol verilməsi mümkündürmü?
Dində bu qaydalar necə tənzimlənir?

sayt-ın
bununla bağlı sualına ilahiyyatçı Elşad Miri aydınlıq gətirib.

E.Miri
bildirib ki, İslam dinində belə bir ayrıseçilik yoxdur: 

“Dində heç
zaman belə bir məsələnin şahidi olmamışam. Sadəcə dinimizə görə belə bir məsələ
var idi ki, kafir olaraq ölənlərin arasında müsəlmanları basdırmırdılar. Və
yaxud da müsəlman olaraq ölənlərin arasında kafirləri basdırmırdılar. Bu da sadəcə
formalaşmış bir ənənə idi, İslamın konkret bir müddəası deyildi. Bildiyim qədər, Osmanlıda da buna bənzər bir
ənənə olub. Adətən cəlladların qəbir daşlarının üzərinə ad yazılmayıb, onlara
fərqli şəkildə baş daşı qoyaraq dəfn ediblər. Bu da həmin ənənənin bir
təzühürüdür. Bu gün onlar da hərbçilərin törətdiyi əməllərə adekvat olaraq belə
bir addım atmağı düşünürlər. Yəni, bunu dinə yox, həmin insanların qəbul etdiyi
ənənəyə uyğun olan bir addımdır”.

Qeyd edək
ki, İranda da belə bir qəbiristanlıq mövcuddur və “Lənətabad” adlanır. Ümumiyyətlə
bu “ideya” sırf molla təfəkkürünün məhsuludur. Şərq aləmində əxlaqsız
qadınların dəfn olunduğu yerə “Lənətabad” deyilir.  Belə qəbiristanlıqlara mollalar belə gəlmir
ki, orada dəfn olunanlara  rəhmət düşmür.

Zəhra




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler