Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Sarkisyanın Müdafie naziri teyinatı niye gecikir? – Ermeni KİV-i açıqladı

01 Ekim 2016

9:20 am


01/10/2016 [13:16]: xeber –
Ermənistan siyasi gündəmində son vaxtlar ən çox müzakirə olunan məsələ prezident Serj Sarkisyanın xarici işlər və müdafiə nazirlərini hələ də təyin etməməsidir.sayt erməni KİV-ə istinadən xəbər verir ki, dövlət başçısı yeni hökumətə 18 nazirdən artıq 16-nı təyin etsə də, adıçəkilən posta təyinatlar isə müəmmalı şəkildə gecikir.“Joxovurd” nəşrinin yazdığına görə, XİN rəhbərinin təyinatı texniki səbəblərdən gecikir. Belə ki, prezident Nalbandyanı yenidən bu posta təyin etmək üçün onun ABŞ səfərindən geri qayıtmasını gözləyir. Bu səbəbdən də, bu gün yaxud sabah bu posta təyinat da elan ediləcək.Müdafiə nazirinə gəlincə, bu vəzifə prezident administrasiya rəhbəri Viqen Sarkisyana həvalə ediləcək. Lakin o təkcə nazirliyin fəaliyyətini təşkil edəcək, silah alışı kimi məsələlərlə məşğul olacaq. Prezident Sarkisyan Ermənistanın Silahlı Qüvvələri Baş Qərargahı vasitəsilə orduya şəxsən rəhbərlik edəcək.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler