Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Sarkisyan rejiminin siyasi geleceyi sual altındadır…”

04 Ağustos 2016

9:44 am


04/08/2016 [13:43]: xeber –

“Ermənistanda
hakimiyyətin siyasi gələcəyi sual altında olduğuna görə, Sarkisyan rejimi hansı
tədbirləri görəcəyini dəqiq müəyyənləşdirə bilmir. Etirazçılarla konsensusa gəlinməsini
məqbul variant hesab etməyən hakimiyyət sabitliyi təmin etmək iqtidarında
deyil”.

Bunu sayta
açıqlamasında politoloq Nurlan Qələndərli Ermənistanda baş verən son hadisələrə
münasibət bildirərkən deyib. 

Politoloqun sözlərinə
görə, Ermənistan hakimiyyətinin başlıca dayaq nöqtəsi olan xaricdəki erməni
lobbisi də hazırkı hərbi xuntanı (hakimiyyəti) tənqid və qınaq atəşinə
tutmaqdadır:

“Müşahidələr
onu deməyə əsas verir ki, bu istiqamətdəki son tendensiya mövcud hakimiyyətlə
xaricdə yaşayan ermənilər arasında kəskin ziddiyyət, mübahisə və mübarizə
meyillərinin ortaya çıxmasıdır. Xaricdəki erməni lobbisi, demək olar ki,
davamlı olaraq İrəvan hakimiyyətinin əleyhinə tənqidi materiallar yayır. Üstəlik,
lobbinin nəzarəti altında fəaliyyət göstərən əksər mətbu orqanlar da saylarında
Ermənistan hakimiyyətini kəskin şəkildə tənqid edirlər. Eyni zamanda, diaspor
Sarkisyan hakimiyyətinə etdiyi maliyyə yardımlarını da kəsmək haqqında müəyyən
mesajlar verməkdədir. Beləliklə, Ermənistan növbəti dəfə ciddi siyasi
kataklizmlərin məngənəsindədir. Erməni ekspertləri də vətəndaş müharibəsi ilə
qarşı-qarşıya olan işğalçı ölkənin gələcək taleyinə dair optimist proqnozlar
vermirlər. Bütövlükdə isə, Sarkisyan rejiminin siyasi gələcəyi sual
altındadır”.

 

Rumiyyə 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler