Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Sarkisyan Qarabağdakı qoşunlarını İrevana yeritdi – Son deqiqe+VİDEO

31 Temmuz 2016

12:44 pm


31/07/2016 [16:42]: xeber –
Ermənistan parlamenti İrəvanda polis bölməsinə hücumda Qarabağdan gətirilən qoşunların iştirak etdiya barədə bəyanat yayıb.* * *İrəvanda ələ keçirilmiş polis binasının ətrafında vəziyyət gərgin olaraq qalır. Doğrudur, zirehli texnika küçələrdən yığışdırılıb, polislərin sayı da azalıb, amma ara-sıra yenə partlayış səsləri eşidilir.Ən güclü partlayış saat 11:20-də baş verib.Onun təsirindən hətta qonşu küçələrdə park edilmiş avtomobillərin siqnalizasiya sistemləri də işə düşüb.***İrəvandakı qiyamçı qrupun üzvü Varujan Avetisyan deputat Zauri Postancyan vasitəsilə yeni bəyanat göndərib.Virtualaz.org bildirir ki, bəyanatda deyilir: “Biz, “Sasna Tsrer ” üsyançı hərəkata start verdik. Ümumxalq üsyanı başladı və onun qələbəsinə az qalıb. Belə bir vəziyyətdə “Sasna Tsrer” üçün əsas məsələ qan tökülməsinə yol verməməkdir. Burada isə həlledici faktor Jirayr Sefilyanın danışıqlardakı missiyası və son sözü olacaq.Biz Serj Sarkisyanı bu şərtləri qəbul etməyə və Jirayr Sefilyanın bizimlə görüşünü təmin etməyə çağırırıq. Əks halda, axacaq qanlara görə məsuliyyət Sarkisyanın üzərinə düşəcək.Biz eyni zamanda xalqı təkliflərimizin həyata keçirilməsi naminə hər şeyi etməyə və mənasız qan tökülməsinin qarşısını almağa çağırırıq”.*****Ermənistan paytaxtı Yerevan şəhərində keçirilən mitinqdə 2 mindən çox adam iştirak edir.”Report” “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, yüzlərlə insan polis polkunun binasını ələ keçirmiş silahlı qruplaşmaya dəstək üçün paytaxtın mərkəzi küçələrinə çıxıb.Etirazçılar dövlət orqanlarının binalarının yaxınlığında addımlayırlar. Onlardan bəziləri hökumət əleyhinə şüarlar səsləndirir.Aksiyaçılar həmçinin tez-tez avtomobil yollarını da bağlayırlar.Ermənistan rəhbərliyi prezident iqamətgahının, parlamentin və səfirliklərin binasının yerləşdiyti Yerevanın Baqramyan prospektinə xüsusi polis qüvvələri yerləşdirib.Paytaxtın mərkəzində gəzintiyə çıxan nümayişçilər prezident iqamətgahının qədər getmək barədə qərar qəbul ediblər. Bu səbəbdən də Baqramyan prospekti polis tərəfindən bağlanıb.Gələn xəbərlərdə bildirilir ki, nümayişçilərdən biri Baqramyan küçəsində özünü yandırmağa cəhd edib. O, üzərinə benzin tökərək özünü odlamaq istəyib, ancaq ətrafdakılar onun üstünə su çiləyərək ona mane olublar. Bir polis maşını özünü yandırmaq istəyən şəxsə yardım təklif edib, ancaq o şəxs imtina edib. Bununla belə bu şəxsi xəstəxanaya aparıblar.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler