Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Sarkisyan ölenedek Ermenistanın rehberi olmaq isteyir…

29 Ekim 2016

2:24 pm


29/10/2016 [18:23]: xeber –
Ermənistanda baş nazir Karen Karapetyanın siyasi gələcəyi haqda indidən danışılmağa başlanılıb. Ermənistanın “Joxovurd” qəzetinin yazdığına görə hakim elita baş nazir Karen Karapetyana iqtidarda olan Respublika Partiyasında hansı vəzifənin veriləcəyi ilə bağlı baş sındırmaqla məşğuldurlar. Qarşıya qoyulan məqsəd isə Karen Karapetyana veriləcək vəzifənin partiya daxilində olduqca yüksək statusa malik olması ilə bərabər, onun Serj Sərkisyandan sonra ikinci şəxs olaraq qalmasından ibarətdir.Paritya funksionerlərinin fikrincə, buna görə Karen Karapetyana partiya şurasının sədri vəzifəsi təklif ediləcək. Bununla da Serj Sərkisyanın sədr vəzifəsi qorunub saxlanılacaq.Ermənistan mətbuatında isə Serj Sərkisyanın artıq indidən prezidentlikdən sonra baş nazir olmaq istəyi barədə xəbərlər verilməyə başlanılıb. Yəni gəlinən nəticə budur ki, məlum siyasi kombinasiyaların qurulmasında məqsəd Sərkisyanın ölənədək Ermənistanın rəhbəri olmaq istəməsidir. Erməni jurnalistlərini bu fikirlərə prezidentin “əl-Cəzirə” kanalına verdiyi müsahibədə səsləndirdiyi sözləri səbəb olub.Həmin müsahibədə Serj Sərkisyan prezidentlik müddəti başa çatdıqdan sonra baş nazir postuna irəli sürülməsi perspektivindən danışmağın hələ tez olduğunu söyləyib. Sərkisyan bunun hakim Respublika Partiyasının 2017-ci il parlament seçkilərində alacağı nəticələrdən asılı olacağını söyləyib. Ermənistan prezidenti bəyan edib ki, bu, həm də partiyanın “yüksək etimad” qazanacağından asılı olacaq.Erməni mətbuatının yazdığına görə Serj Sərkisyan faktiki olaraq siyasi planlarında prezident vəzifəsi ilə vidalaşdıqdan sonra baş nazir vəzifəsini tutmaq istəyini gizlətməyib.Ermənistan KİV-lərinə görə Sərkisyanın sözləri cəmiyyət üçün təəccüblü sayılmamalıdır. Çünki Ermənistan prezidenti hələ bir il əvvəl ölkədə həyata keçirilən konstitusiya dəyişikliklərindən sonra səlahiyyətlərinin artacağını və faktiki olaraq 1-ci vəzifə sayılacaq baş nazir postunu tutmaq niyyətini heç vaxt gizlətməyib.Ermənistanda analitiklərin diqqətini indi başqa məsələ cəlb edir.Məsələ burasındadır ki, 2017-ci ildə Respublika Partiyasının alacağı “yüksək etimad votumu” hər şeydən öncə hökumətin işindən asılıdır.Doğrudur, Ermənistan reallıqlarında, yəni seçkilərin total şəkildə saxtalaşdırılması perspektivində hökumətin nə edəcəyi bəlkə də Sərkisyanın heç vecinə də deyil.Amma hər halda əgər Respublika Partiyası həqiqətən 2017-ci ildə keçiriləcək seçkilərdən üzüağ çıxa biləcəksə, bu, baş nazir Karen Karapetyanın xidməti sayəsində olacaq. İndi belə çıxır ki, yaxşı işləyən baş nazirin yerinə Serj Sərkisyan kimi adam gələcək.Aram Amatuninin yazdığına görə bu, Serj Sərkisyanın əslində Respublika partiyasının 2017-ci ildə keçriləcək parlament seçkilərində yaxşı nəticə əldə etməsini istəməməsi anlamına gəlməlidir. Çünki məhz belə olan halda Sərkisyan seçkilərdəki uğursuzluğu Karapetyanın üzərinə yıxa biləcək.“Hətta Respublika Partiyasının yüksək nəticələr əldə edib qalib gəlməsi halında belə Sərkisyan baş nazir postuna tezliklə yiyələnməkdən ötrü hökumətin işinə mane olmaq üçün əlindən gələni edəcək” – deyə, müəllif yazır.Beləliklə mətbuatın gəldiyi qənaətə görə Serj Sərkisyan “əl-Cəzirə”yə verdiyi müsahibədə Karen Karapetyanın özünün gələcəkdəki rəqibi  və ya “qurbanı” olacağını indidən müəyyən edib.Bu arada Ermənistanda siyasi perspektivlə bağlı iştahları artan digər keçmiş dövlət məmurları ilə bağlı maraqlı xəbərlər gəlməkdə davam edir.Bunlardan biri də son günlərdə siyasi arenada fəaliyyət göstərəcəyi ilə bağlı  xəbərlərlə gündəmə gələn Ermənistanın keçmiş müdafiə naziri  Seyran Ohanyandır.Ermənistan KİV-lərin verdiyi xəbərə görə son günlərdə Ohanyanın prezident administrasiyasının keçmiş rəhbəri Viktor Dəlləkyanla birlikdə partiya qurub hakimiyyətə qarşı alternativ siyasi güc yaratmaq cəhdləri iqtidar dairələrinin xoşuna gəlməyib.“Jamanak “qəzetinin yazdığına görə bu yaxınlarda Seyran Ohanyanla prezident administrasiyasının hazırkı rəhəri Armen Gevorqyan arasında görüş keçirilib.Həmin görüşdə Seyran Ohanyana hansı yerdə durması gərəkdiyi və hakimiyyətin qırmızı cizgilərinin nədən ibarət olacağı diqqətinə çatdırırlıb.Erməni mətbuatının yazdığına görə hakimiyyətin Viktor Dəlləkyanla deyil, məhz Ohanyanla dialoq qurması onun müzakirələr üçün daha arzu edilən şəxs hesab edildiyini göstərir.Qəzetlərin yazdığına əsasən Ohanyana icazə xaricində hərəkət etməməsi, əks təqdirdə onun özü  və Viktor Dəlləkyan haqqında mətbuatda hansısa məlumatların ötürüləcəyi barədə xəbərdarlıq edilib.(musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler