Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Sarkisyan işğal edilmiş erazilerin qaytarılmasını müzakire edib

20 Temmuz 2016

1:40 pm


20/07/2016 [17:37]: xeber –
Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağa səfər zamanı separatçıların nümayəndələri ilə qapalı görüşlər keçirib. İştirakçıların sözlərinə görə, görüşlərin gedişatında o, işğal edilmiş ərazilərin Azərbaycana qaytarılması barədə hər kəsin fikrini soruşub. Bu barədə “Azadlıq” radiosunun erməni xidməti məlumat yayıb. Məlumata görə, üç gün öncə keçirilən görüşdə Dağlıq Qarabağın separatçı lideri Bako Saakyan da iştirak edib. “Qarabağ hərəkatının” iştirakçısı Razmik Petrosyanın sözlərinə görə, Serj Sarkisyan erməni tərəfinə Qarabağa yaxın ərazilərin qaytarılmasına dair təklif olmasa da o, bu məsələ ilə əlaqədar insanların fikrini öyrənib. “O, hər kəsin fikrini soruşub. 90 faiz güzəştlərin əksinə olduğunu bildirib”, – Petrosyan deyib. Yaxın günlərdə Sarkisyan yenidən Qarabağa görüşə gedəcək, amma səfərin dəqiq vaxtı məlum deyil. 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler