Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Sarkisyan artıq proseslere nezaret ede bilmir…

01 Ağustos 2016

11:24 am


01/08/2016 [15:20]: xeber –
“Ermənistanda
baş verən hadisələrə iki baxış var. Bir baxış ondan ibarətdir ki, Ermənistan cəmiyyəti
prezident Serj Sarkisyanı seçki yolu ilə hakimiiyətdən uzaqlaşdırmağın
mümkünsüzlüyünü anlayır. Sarkisyan hakimiyyətdən iki əlli yapışıb, onu ancaq
devirmək lazımdır və ona görə də bu fəallıq var. Hətta sistemdənkənar silahlı
qruplaşmalar da fəallaşıb.

İkinci baxış
odur ki, bu hadisələr sanki Sarkisyanın maraqlarına cavab verir. Çünki
Sarksiyan əlində bəhanə edərək Rusiya və digər böyük dövlətlərə deyə bilər ki,
Qarabağ məsələsində mənə təzyiq etməyin, yoxsa ölkə qarışa bilər”.

Bunu
sayt-a açıqlamasında politoloq Elxan Şahinoğlu Ermənistanda baş verən
son hadisələri analiz edərkən deyib. E.Şahinoğlu
daha çox birinci varianta üstünlük verdiyini bildirib:

“Sarkisyan artıq
proseslərə nəzarət edə bilmir. Bəlkə də gələcəkdə bəhanə kimi istifadə edə bilər,
amma vəziyyət elədir ki, insanlar artıq Sarksiyan hakimiyyətindən beziblər.
Sarkisyan vəziyyətin gərginləşməsindən o qədər qorxur ki, 25 nəfər silahlını tərkisilah
etmək əmrini belə verə bilmir. Bilir ki, qan töküləcək, daha doğrusu, artıq qan
tökülüb, 2-3 nəfər həlak olub, qorxur ki, daha çox qan tökülə bilər. Belə olan
halda da Ermənistan faktiki olaraq vətəndaş müharibəsinə sürüklənə bilər. Hətta
bu gün polis bölməsini nəzarətə götürüb, yenidən hakimiyyəti gücləndirsə belə,
istisna deyil ki, bir müddət sonra eyni vəziyyət təkrarlana biləcək. Çünki ölkədə
iqtisadi, siyasi, sosial vəziyyət ağırdır, ölkəni tərk edənlərin sayı artır,
orduda, hakimiyyətdə  korrupsiya var. Bütün
bunlar da bir yerə toplananda Sarkisyanın vəziyyəti gələcəkdə çox ağır olacaq.

 Politoloq Ermənistanda
baş verən hadisələrin Dağlıq Qarabağ ətrafında gedən danışıqlara təsirindən də danışıb:

“Düşünürəm
ki, indiki vəziyyətdə Sarkisyandan Qarabağ məsələsində hər hansı addım gözləməyə
belə dəyməz. Bir ara, yəni, bu hadisələrə qədər belə bir fikir formalaşmışdı
ki, güya Rusiya Ermənistana təsir edəcək, Sarkisyan da durumu anlayaraq Dağlıq
Qarabağ ətrafındakı rayonları boşaltmağa razılıq verəcək. Məncə, Sarkisyan buna
getməyəcək.

Heç  Sarksiyanı devirmək istəyən qüvvələr də ondan
müsbət mənada fərqlənmirlər. Həmin adamlar da Qarabağda qətliamlar törədiblər,
onunla çiyin-çiyinə savaşıblar. Yəni, onların da hakimiyyətə gəlməsi Qarabağ
danışıqlarında bizə yaxşı heç nə vəd etmir. Bizim qarşımızda duran əsas vəzifə
hazırda prosesləri müşahidə etməkdir. Qoy silahlarını bir-birlərinə qarşı
istifadə etsinlər. Necə ki, vaxtilə 1993-cü ildə Azərbaycanda baş verən hadisələrdən
onlar öz mənafeləri naminə istifadə etdilər. Sürət Hüseynovun satqınlığı,
xainliyi nəticəsində qoşun hissələri Qarabağı tərk etdi, hakimiyyət uğrunda Bakıda
mübarizə başladı. Bunun nəticəsində də Ermənistan işğalın miqyasını bir qədər də
artırdı. İndi artıq eyni hadisələr Ermənistanda cərəyan edir. Biz də indi müdaxilə
etməsək də, hadisələri izləyərək əlverişli məqamda onlara zərbə vurmalıyıq,
torpaqlarımızı işğaldan azad etməyə çalışmalıyıq”.

 

Rumiyyə


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler