Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Saqqızdan vaz keçe bilmeyenlerin menyüsüne – Çeneniz eyile biler…

15 Ekim 2016

8:32 am


15/10/2016 [12:31]: xeber –
Saqqız çeynəməyən insan tapılmaz. Hər kəs ağızdan pis qoxunun çəkilməsi və yeməkdən sonra dişlərin təmizlənməsi üçün saqqız çeynəyir. Ancaq saqqız çeynəməyin də çənə əzələlərinə, damağa ziyanı olmasın deyə müəyyən qaydaları var. sayt diş həkimlərinin verdiyi tövsiyələri oxucuların diqqətinə çatdırır. Saqqız çeynəmənin ağız və diş sağlamlığı üçün faydalı olduğunu deyən diş həkimləri, çənə və əzələ quruluşunun pozulmaması üçün çeynəmə müddətinə və qaydası barədə fikir mülahizəsi aparıblar. Onların fikrinə görə, saqqız çox böyük olmamalı və 15-20 dəqiqədən çox çeynənilməməlidir. Çənə sağlamlığına diqqət çəkən diş həkimləri, “Çünki çənə əzələlərimiz də bədənimizin digər əzələləri kimi müəyyən müddət sonra yorulmağa başlayır. Çox uzun müddət saqqızın əzilməsi bu əzələlərdə deformasiyaya və ağrılara səbəb ola bilər” deyiblər.Saqqız çeynəmənin diş sağlamlığı üçün üstünlük və dezavantajlarını xülasə ilə belə izah ediblər: “Çənə oynağı olduqca kiçik və həssas bir oynaqdır. Saqqızın bir tərəfli əzilməsi o tərəfdəki oynaqda problemlərə yol aça bilər. Çənə oynaqları da digər oynaqlar kimi bir dəfə ziyan gördüsə bədən bu ziyanı bir daha bərpa edə bilmir və çənə oynağından səs gəlməsi, ağzın açıq ikən bağlı qalması və ya çənənin kilidlənməsi kimi problemlər ortaya çıxa bilər. Bununla yanaşı yalnız bir tərəfdə saqqız çeynəmə vərdişi olması, bir müddət sonra çeynəmə edilən tərəfdəki əzələlərin digər tərəfdəki çənə əzələlərinə nisbətlə daha çox böyüməsinə və üzdə asimmetriya meydana gəlməsinə səbəb ola bilər”.Bütün bu səbəblərə görə şəkərsiz və ya iy yox edən saqqızların çənənin hər iki tərəfi ilə və qısa müddət çeynənməsinin lazım olduğunu vurğulayan diş həkimləri, sözlərini belə tamamlayıblar:”Saqqızın yeməkdən sonra çeynənməsi isə tüpürcək sekresiyasının artmasına, çeynəmə əsnasında mexaniki qüvvələrlə də dişlərin təmizlənməsinə kömək edir. Həmçinin iy yox edən saqqızlarda olan beş karbonlu şəkər, bakteriyalar tərəfindən qida olaraq istifadə edilə bilməz və həm də bakteriya törəməsini azaldar. Bu xeyirləri ilə şəkərsiz və ya iy yox edən saqqızlar ağız mühiti üçün faydalıdır deyə bilərik”.Mehman Nəbiyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler