Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Şantaj yolu ile kolbasa sexlerini su yoluna çevirenler…

31 Ağustos 2016

7:16 am


31/08/2016 [11:13]: xeber –
“Azərbaycanda vətəndaş hüquqlarının qorunması ilə bağlı qanunvericiliyə, eləcə də jurnalist etikasına məhəl qoymayan, söz və mətbuat azadlığından sui-istifadə edən bəzi elektron kütləvi informasiya vasitələri “Ovqat” şirkətinə qarşı qarayaxma kampaniyasına başlayıb. On ildən artıq müddət ərzində kolbasa istehsalı ilə məşğul olan, ölkənin istehlak bazarında özünəməxsus keyfiyyət standartları ilə tanınan  “Ovqat” şirkəti nin işgüzar nüfuzunu həqiqətə uyğun olmayan məlumatlar yaymaq yolu ilə ləkələmək cəhdlərinin arxasında hansı niyyətlərin və kimlərin dayandığı məlumdur”.sayt xəbər verir ki, “Ovqat” şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda belə deyilir. Bildirilir ki, əsasız iddialar üzərində quraşdırılan və həmin KİV-lərdə indiyədək davamlı olaraq təkrarlanan saxta ittihamlara  dəfələrlə cavablar verilib. Lakin qərəzli mənbənin onlara ötürdüyü “fakt və dəlilləri” peşəkar jurnalistikanın tələb etdiyi qaydadada araşdırmayan, hətta yol verdikləri qanunazidd hərəkətlərin ciddi hüquqi məsuliyyət doğurduğunu belə dərk etməyən reket xislətli bəzi “media nümayəndələri” hələ də şantaj və şərləmək yolu hansısa maddi mənfəət əldə edəcəklərinə ümid bağlayırlar. Hətta eyni “məqalənin” nöqtəsinə-vergülünə toxunmadan, sərlöbhəsini belə dəyişmədən  bir neçə saytda yerləşdirirlər ki, bu da reketçiliyin, sifarişin bir mənbədən qaynaqlandığını göstərir.İctimaiyyətlə əlaqələr şöbəsi bəyan edir ki, son günlər bəzi internet “mətbuatı”nda “Ovqat” şirkətinin istehsalı olan “Maşa və medved” kolbasasının içərisindən milçək çıxdığı barədə şər və böhtan dolu “məqalələr yazılır. Hətta bu “məqalə”lərdə şirkətin istehsal etdiyi kolbasa məhsullarının onkoloji xəstəliklər törətdiyi iddia olunur.  Üstəlik kolbasa və sosiska istehsalında resepturada göstərilməyən müxtəlif konservantlardan, Çin istehsalı olan sodium benzonatdan, boyaq maddələrindən istifadə olunması kimi sərsəm iddialar irəli sürülür. iddialar irəli sürülür. “Ovqat” şirkəti bəyan edir ki, bu iddiaların heç bir əsası yoxdur və həmin “məqalə”lərin hazırlanmasında məqsəd jurnalistika adı altında reketçiliklə məşğul olan bir neçə “mətbuat işçisi”nin şantaj yolu ilə “qazanc” əldə etmək istəyidir.“Bizim istehsal etdiyimiz məhsulun gigiyenik, uyğunluq sertifikatları var. Savadı olan bilir ki, istehsal obyektində yoxlama aparılmadan, məhsulun özünün laboratoriya şəraitində keyfiyyət göstəriciləri müəyyən edilmədən bu sertifikatları almaq qeyri-mümkundur. Bu sənədlər olmasa mağazalar, ticarət şəbəkələri bizim məhsulun satışı ilə məşğul olmaz, bizimlə əməkdaşlıq etməzlər. Bununla yanaşı şirkətimizin İSO sertifikatı, akkreditasiya olunmuş labaratoriyası var. İqtisadiyyat Nazirliyininin müvafiq qurumu mütəmadi olaraq istehsala nəzarət yoxlamaları aparır,  fəaliyyətimizdə hansısa catışmamazlıq olsaydı, yaxlamalar zamanı bu qüsurlar mütləq ortaya çıxmalı idi. Ona görə də bəzi internet mətbuatında haqqımızda yayılan məlumatlar şər və böhtandan başqa bir şey deyil” – deyə, “Ovqat” şirkətinin rəhbəri Anar Rzayev bildirir. İctimaiyyətlə əlaqələr İctimaiyyətlə əlaqələr şöbəsi bir daha bəyan edir ki, “Ovqat” şirkətinin istehsal etdiyi məhsullar haqqqında əsassız və yalan məlumatların yayılması ardıcıllıığı bunların məqsədli və sifarişli  qarayaxma kampaniyası olduğunu göstərir: “Haqqımızda iftira yayan bəzi saytlar hansı əsasla kolbasa sexlərində istehsal edilən məhsulun onkoloji xəstəliklər törətdiyini iddia edirlər? Onların bu məhsulun istifadəyə yararlı olub-olmadığını müəyyən edən laboratoriyası varmı? Varsa, laboratoriya şəraitində analiz olunan nümunələrə dair nəticələri niyə açıqlamırlar? Yoxdursa, yalan məlumat yaymağın hansı hüquqi məsuliyyət yaratdığını dərk edirlərmi?  Görünür, dərk etmirlər! Amma biz istehsalçı şirkət olaraq qanunla müəyyən edilmiş hüquqlarımızı müdafiə etmək məqsədilə, haqqımızda yalan məlumatlar yayaraq şirkətimizin ictimai nüfuzuna xələl gətirən saytlar barədə hüquq-mühafizə orqanlarına müraciət haqqımızı özümüzdə saxlayırıq”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler