Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Sanatoriyada Kemaleddin Qedim havası

06 Ağustos 2016

10:40 pm


07/08/2016 [02:36]: xeber –
Tanınmış şair, Prezident təqaüdçüsü, “Türk ədəbiyyatına
xidmət” (Türkiyə), ”Şahmar Əkbərzadə adına “ Beynəlxalq Ədəbiyyat mükafatları
laureatı Kəmaləddin Qədimlə Bilgəh 
sanatoriyasında dincələn oxucuların görüşü keçirilmişdir. Görüşü giriş
sözü ilə açan Bilgəh Sanatoriya kitabxanasının müdiri Nəzifə Babayeva şairin həyat
və yaradıcılığı haqqında qısa məlumat vermiş, bu görüşün xüsusi əhəmiyyətindən
danışmış, oxucu ilə şair arasında körpü rolunu oynayan kitabxananın bu günkü əhəmiyyətini
qeyd etmişdir.

   Sonra
filologiya elmləri doktoru, şair Sərdar Zeynal Kəmaləddin Qədimin yaradıcılığı
haqqında geniş danışmış, onunla olan yaradıcılıq əlaqələrinin bəzi məqamlarına
diqqət çəkmişdir.

     Görüşdə iştirak edən şairin qələm
dostlarından “Ulduz” jurnalının poeziya şöbəsinin redaktoru, tanınmış şair Fərqanə
Mehdiyeva, “Yada düşür” jurnalının təsisçisi, istedadlı  şair Nəzakət Məmmədli, İslam Əzimov , Məmməd
Tahir və başqaları çıxış edərək Kəmaləddin Qədimlə dostluq əlaqələrindən
danışmış, şairin yaradıcılığındakı bəzi məqamları xüsusi qeyd etmişlər.

   Sonra
söz şairə verilmişdir. Bu görüşün onun üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edən
şair onu da vurğulamışdır ki, oxucu ilə belə 
birbaşa ünsiyyət həm şair, həm də oxucu üçün çox əhəmiyyətlidir. Kəmaləddin
Qədim daha sonra yeni şeirlərini oxumuş, oxucuların suallarına cavab vermişdir.

     
Sonda çıxış edən Cənubi Azərbaycandan gəlmiş şair Xosrov Barışan, oxuculardan
Rafiq Abbasov, Ramiz Həsənov şair Kəmaləddiun Qədimə yeni yaradıcılıq uğurları
arzulamışlar.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler