Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

San-Marino yığmasının baş meşqçisi: “Azerbaycan layiqli qelebe qazandı”

04 Eylül 2016

9:36 pm


05/09/2016 [01:32]: xeber –
“Daha yaxşı oyun gözləyirdik. Azərbaycan layiqli qələbə qazandı. Bizim çıxışımız da yaxşı idi. Komanda fiziki cəhətdən aşağı səviyyədə idi”.”Report”un San-Marinoya ezam olunmuş əməkdaşının məlumatına görə, bunu San-Marino yığmasının baş məşqçisi Pyerancelo Mansaroli DÇ-2018-in seçmə mərhələsinin Azərbaycanla keçirilmiş oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.Daha sonra baş məşqçi jurnalisltərin suallarını cavablandırıb:- Qırmızı vərəqə komandanın çıxışına necə təsir göstərdi?- Komanda ikinci hissəyə bir qədər yaxşı başladı. Amma qırmızı vərəqə bizi bir qədər çətin vəziyyətə saldı. Bu səbəbdən də təsnifat mərhələsinə uğurlu nəticə ilə başlaya bilmədik.- Həmin epizodda qırmızı vərəqə verilməsi düzgün qərar idi?- Həmin futbolçu çox gəncdir. Brolli gələcəkdə komanda üçün faydalı olacaq. Sadəcə onun gənc olması belə şərait yaratdı.- Qələbədə Robert Prosineçkinin rolu oldu, yoxsa Azərbaycan millisinin?- Fikrimcə baş məşqçinin… Məşqinin göstərişləri böyük rol oynadı. Ancaq ümumilikdə komanda nəticəni həll etdi.Sonda verilən “Tribunaların boş qalmasının səbəbi nə idi? 6 600 tutumu olan stadiona təxminən 900 azarkeş gəlmişdi ki, onun da yarısı azərbaycanlı idi” sualını cavablandırmayan meydan sahiblərinin çalışdırıcısı və rəsmisi konfrans zalını tərk edib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler