Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Şamaxı ve Qebelede yol polisleri ile görüş keçirildi

01 Eylül 2016

4:48 am


01/09/2016 [08:44]: xeber –
«Jurnalistika və İnkişaf Mərkəzi» İctimai Birliyi «Yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında ictimai təşəbbüslərin gücləndirilməsi» layihəsi çərçivəsində Şamaxı və Qəbələ rayonlarında dövlət yol polisi əməkdaşları ilə görüşlər keçirib. Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində baş tutan görüşlərdə təşkilat sədri Elməddin Muradlı, yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov və digər layihə iştirakçıları iştirak ediblər.Şamaxı rayon Dövlət Yol Polisi Bölməsində keçirilən görüşdə şöbə rəisi, polis mayoru Müşfiq Əliyev bildirib ki, rayonun 100 min əhalisi var. Bunun qarşılığında rayon üzrə cəmi 11 YPX əməkdaşı fəaliyyət göstərir ki, bu da müəyyən çətinliklər yaradır. Lakin əməkdaşlar xidməti tam olaraq təşkil edə bilirlər.Şamaxıda yol qəzalarının sayının az olduğunu deyən bölmə rəisi bildirib ki, bu günə qədər sərxoş vəziyyətdə saxlanılan sürücülərin 50-dən çox olub. Eyni zamanda ötmə-manevr qaydalarını pozan 21, avtoxuliqanlıq edən 2, sürücülük vəsiqəsi olmadan avtomobili idarə edən 45, yol polisinə tabe olmayan 4 sürücü barəsində inzibati protokol tərtib olunub. Sürücülərlə münasibətdə xeyli dəyişiklik olduğunu deyən Müşfiq Əliyev əlavə edib ki, bəzən sürücülər onlara yazılan protokoldan şikayət etməklə sadəcə məsuliyyətdən yayınmağa çalışırlar. Elə hallar olur ki, sürücü protokola imza atır, sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib şikayət edir.Qəbələ rayon Dövlət Yol Polisi Bölməsində keçirilən görüşdə isə bildirilib ki, rayon turizm bölgəsi olduğu üçün yol polisinin işi daha da ağırlaşır və məsuliyyət ikiqat artır. Bölmə rəisi, mayor Fariz Həsənov bildirib ki, Qəbələnin əhalisinin sayı 100 mini keçib. Bölmədə isə hazırda 11 əməkdaş fəaliyyət göstərir. Rayona gələn çoxsaylı turistlərin sayını da nəzərə alsaq bu qədər əməkdaş azlıq edir. Lakin bununla yanaşı, Qəbələ rayonu nümunəvi rayonlar sırasındadır. Ancaq burada da qayda pozuntuları törədən sürücülər az deyil. Məsələn, bu ilin 6 ayı ərzində Qəbələdə 41 sərxoş sürücü aşkarlanıb. Həmçinin, sürücülük vəsiqəsi olmadan avtomobili darə edən 70 nəfər də məsuliyyətə cəlb edilib. Balla qiymətləndirilən 255 protokol tərtib edilib ki, bu da ötən illə müqayisədə 39 fakt çoxdur. Ümumilikdə isə 7167 sürücü barəsində protokol tərtib edilib. Bu da ötən illə müqayisədə 239 protokol çoxdur.Qəbələdə turistlərin sayı əvvəlki illərə nisbətən daha çoxdur. Bundan əlavə, dövlət əhəmiyyətli tədbirlərin də keçirilməsi yol polislərinin məsuliyyətini daha da artırır. Sayları az da olsa, onların işin öhdəsindən gələ bilirlər. Qəbələdə 24 müşaşidə kamerası var ki, bu da bəzi qayda pozuntularının aşkarlanmasına kömək edir. Qəbələ DYP-nin əməkdaşları arasında rus dilini mükəmməl bilənlər çoxdur. İngilis dilini isə orta səviyyədə bilirlər. Xarici turistlər arasında şəxsi avtomobildən istifadə edənlər az olduğu üçün onların qayda pozuntuları o qədər də aşkarlanmır. Lakin belə hallar olduqda DYP əməkdaşları dərhal tədbir görür.Layihə rəhbəri Elməddin Muradlı və hüquqşünas Ərşad Hüseynov isə keçirilən görüşlərdə qanunvericilikdəki yeniliklər və ziddiyətli məsələlərlə bağlı yol polisi əməkdaşlarına məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar. Polis-vətəndaş münasibətlərinin daha da yaxşılaşdırılmasının DİN rəhbərliyinin diqqətinə olduğunu bildirən Elməddin Muradlı bildirib ki, bu baxımdan sürücülərlə ünsiyyətdə diqqətli və təmkinli olmaq lazımdır. Həmçinin, polis olaraq qanunvericiliyin tələbindən kənara çıxmaq olmaz. Qeyd olunub ki, bəzi sürücülər  bilərəkdən qayda pozur və polis tərəfindən saxlanıldıqda qəsdən aqressiv münasibət göstərirlər. Sonra isə baş verən mübahisələr sosial şəbəkələrdə başqa məzmunda yayılır ki, bu da vətəndaşlarda polisə qarşı aqressiv münasibət yaradır.Ərşad Hüseynov qanunvericiliyin polisə verdiyi imkanlardan danışaraq yol hərəkəti təhlükəsizliyin təmin olunmasında maarifləndirmənin vacibliyinə toxunub. O bildirib ki, polis qanunvericiliyin tələbinə uyğun münasibət göstərdikdə intizamsız sürücülər belə dərhal sakitləşir və cərimə olunmaca səbirlə yanaşır. Lakin sürücü polisin hansısa zəif cəhətini gördükdə bundan istifadə edib məsuliyyətdən yayınmağa çalışır. Bu baxımdan, vətəndaşlarla ünsiyyətdə sadəcə qanunların tələbini bilmək və tətbiq etmək önəmlidir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler