Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Şamaxı seması altında”…

22 Eylül 2016
4:48 am


22/09/2016 [08:46]: xeber –
Görkəmli kinorejisor Əjdər İbrahimovun Vyetnamdan  doğma Azərbaycana kimi uzun bir yol keçmiş zəngin yaradıcılıq bioqrafiyasında mənim üçün önəmli olan iki filmin xüsusi yeri var. Bunlardan biri 1966- cı ildə çəkilmiş “26 Bakı komissarlarıı” tammetrajli bədii, digəri isə 1970- ci ildə lentə alınmış qısametrajlı “Şamaxı səması altında” sənədli-xronikal filmləridir. Birinci filmin müəyyən epizodları, ikinci film isə bütünlüklə qədim şeir-sənət diyarı Şamaxıda çəkilmişdir. İnqilabi-tarixi keçmişimizdən bəhs edən “26 Bakı komissarları” filminə indiyədək 19 milyondan çox tamaşaçı baxıb.  “Şamaxı səması altında” sənədli filmi barədə isə indiyədək heç bir fikrə rast gəlinmir. Yaxşı yadımdadır, orta məktəbdə oxuyurdum. Yay tətili yenicə başlamışdı. O vaxtlar yaşıdlarımla futbol oynamağı, Pidrəki və Qız qalası dağına gəzintiyə çıxmağı, şəhərin aşağı hissəsində,  yamyaşıl çəmənlik boyu axıb gedən Zoğalavay çayının buz kimi sularında çimməyi, tez-tez məşhur “Yeddi gümbəz” və “Şahxəndan” qəbristanlıqlarına gedərək böyük  satirik M.Ə. Sabirin və dahi Nəsiminin məzarlarını ziyarət etməyi, “Yenı Şirvan” qəzeti redaksiyasında hər bazar günü keçirilən “Gənc Sabirçilər” məclisində yeni yazdığım şeirlərimi oxumağı, məhəllə uşaqları ilə “sacayağı”,”gizlənqaç” oynamağı, axşamlar isə valideynlərimizdən “pul qoparıb” yaxınlıqdakı yay kino-teatrında müxtəlif filmlərə- ələlxüsus da müharibədən bəhs edən “davalı” filmlərə tamaşa etməyi  çox sevirdim. Şamaxının tarixi yerlərindən olan “Yeddi gümbəz” qəbiristanlığı cöğrafi mövaqeyinə görə  şəhərin cənub istiqamətində, yüksək təpəlikdə yerləşdiyi üçün  hər yandan ovuc içi kimi apaydın görünür. Elə ki, qəbristanliğa gedən yolda izdiham, insan axını oldu hamı  başa düşürdü ki, rəhmətə gedən var. Lakin, 1966-cı ilin o yay günündə “Yeddi gümbəz”dəki  izdiham tamam başqa məramlı bir izdiham idi. Qəbristanlığın hündür baş daşları, nəhəng sənduqələr və sərdabələr  olan daha qədim hissəsində böyük bir insan dənizi yaranmışdı. Məhəllədəki qadınlar, yaşlı adamlar təəccüblə soruşurdular: – Rəhmətə gedən kimdir ? Hər şeydən  daha tez xəbər tutan,zirək və diribaş uşaqlardan kimsə qəribə bir məlumat verdi: – “Heç kəs rəhmətə getməyib, şəhərimizə kinoçəkənlər gəlib, kino çəkirlər. Böyük qardaşım da ora gedib. Deyirlər ki, kim istəsə kinoçəkənlərin yanına gedib çəkilə bilər, üstəlik pul da verirlər”.   Doğrusu bu xəbərdən sonra məhəllədə demək olar ki, bir uşaq da qalmadı… Hətta yaşlılardan da maraqlananlar oldu. Hamı kinoçəkənlərə baxmaq istəyirdi. Mən məhəllə uşaqları ilə “Yeddi gümbəz”in qədim qəbirlər olan  hissəsinə çatanda, burada dəhşətli “döyüş” gedirdi. “Ölənlərin”,  “yaralıların” fəryadı, qara çadralı qadınların naləsi ərşə bülənd olmuşdu. Qəbirlərin arasına yıxılan, üz-gözü “qana boyanmış” aktyorlar bizi dəhşətə gətirdi. Biz hamımız həyatımızda ilk gəfə idi ki, belə bir səhnənin şahidi olur, canlı kinoçəkənləri görürük. Uşaqlardan kimsə,- “döğruçu qan deyil, qorxmayın,-dedi, “kraskadır”özüm   görmüşəm lap yaxından. Budur əlimdə  də “kraskaya”  batıb. Bu sözlərdən sonra ürəyimiz üstümüzə gəldi, xeyli yüngülləşdik,- “ nə yaxşı ki doğruçu qan deyil”…Məşhur kinorejissor Əjdər İbrahimovu həyatımda ilk dəfə məhz belə bir şəraitdə,- çəkiliş meydançasında görmüşəm. Başına iri günlüklü kepka  qoymuş, əyninə dama-dama parçadan qolsuz yay köynəyi geyinmiş, gözlərinə iri qara eynək taxmış, əlində meqafon (səs ucaldan) olan bu “qəribə adamı” şamaxılılar ilk dəfə görürdü. Lakin elə həmin unudulmaz yay günündəcə “26 Bakı komissarları” filminin kiçik bir epizodunu çəkmək üçün Şamaxıya gəlmiş məşhur  kinorejissorun adı dillər əzbəri oldu. O vaxt bütün məhəllə uşaqlarında qəribə bir istək yaranmışdı, hamı,– böyüyəndə “kinoçəkən” olacağam,– deyirdi… Tale sürprizlərlə doludur. 1970 ci ilin may ayı idi. Orta məktəbin doqquzuncu sinfində oxuyurdum. Bir səhər eşitdik ki, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, “Mosfilm” kinostudioyasının tanınmış kinorejissoru Əjdər İbrahimov kiçik bir çəkiliş qrupu ilə birlikdə rayonumuza gəlib.  “Şamaxı səması altında” adlı sənədli film çəkəcək. O vaxt mən məktəbimizin bədii özfəaliyyət ansamblında akkordeon çalırdım. Bizi rayon mədəniyyət evinə dəvət etdilər. Burada məktəb özfəaliyyət kollektivlərinə baxış keçirilirdi. Öyrəndik ki, məşhur kinorejissor Əjdər İbrahimov sənədli filmdə çəkilmək üçün yeniyetmə və gənclərdən ibarət  ansambl axtarır. Tale elə gətirdi ki, baxiş zamanı M.Ə.Sabir adına  Şamaxı pedaqoji məktəbinin qızlardan ibarət rəqs qrupu və oxuduğum S.M.Qənizadə adına şəhər 1 nömrəli orta məktəbin bədii özfəaliyyət ansamblı Əjdər müəllimin daha çox xoşuna gəldi. O üzünü uşaqlara tutaraq,- hə, hazırlaşın,-dedi  sabah  filmə çəkiləcəksiniz. O gün bu sevinc dolu xoş xəbəri  çatdırmadığım dost tanış qalmadı. Evdə, məktəbdə, məhəllədə hamıya xəbər verdim ki, “mən kinoya çəkilirəm”. Səhəri gün mədəniyyət evinin “Kuban” markalı avtobusunda ilk çəkilişə yollandıq. Doğrusu Əjdər müəlimin bu qədər sadə, təvazökar, xoşqılıq, hamı ilə dil tapmağı bacaran böyük bir sənətkar, ən əsası isə nə qədər vətənpərvər, azərbaycanpərəst olduğunu ağlıma gətirməzdim.   Yolumuz Şamaxının qədim və səfalı Qəleybuğurd kəndinə idi. Yolda Əjdər müəllim bizim sakitcə oturduğumuzu görüb gileyləndi::- uşaqlar, bu nədir belə?… Biz film çəkməyə gedirik axı, belə qaradinməz, sakit, passiv ovqatda kamera qarşısında dayanmaq olmaz? Məşq edin, çalın, oxuyun… Bir anda avtobusumuz konsert salonuna çevrildi. “Çal, çal,çal…tar-kaman bir hava çal”…Musiqinin oynaq ritmləri pərdə-pərdə yayıldıqca ara qızışır, avtobusun  salonu kiçik toyxananı xatırladırdı. Əjdər müəllimin “Mosfilm” kinostudiyasından gətirdiyi rejissor köməkçisi Vladimir Vulfson  necə vəcdə gəldisə ayağa durub  avtobusun içində rəqs etməyə başladı. Bu çal-çağır Əjdər müəllimin çox xoşuna gəldi. Biz o zamanın ən məşhur mahnılarından birini- bəstəkar Telman Hacıyevin “Tələbəlik illəri” mahnısını  xorla oxuyanda isə vəziyyət dəyişdi. Əjdər müəllim də bizə qoşuldu. O, mahnının sözlərini bilməsə də zümzümə edir, nəqəratı isə bizimlə birgə  oxuyurdu. Deyin görüm bu mahnını adı necə oldu?- deyə soruşdu.:-“Tələbəlik illəri”…-Elə isə gəlin bir də oxuyaq:                                       Müqəddəsdir, əzizdir,                                      Arzu qədər təmizdir,                                          Canımızdan əzizdir,                                      Tələbəlik illəri…tələbəlik illəri…Əjdər müəllim əməlli başlı duyğulanmışdı. Kim bilir, bəlkə də xəyalı onu çəkib gənclik illərinə aparmışdı? Biz elə avtobusdaca onun xahişi ilə mahnının sözlərini yazıb ona verdik. Alıb cib dəftərçəsinin arasına qoydu. Sağ olun uşaqlar,- dedi.     Çəkliş qrupumuz Qəleybuğurd kəndində böyük təntənə ilə qarşılandı. “Kinoçəkənlərin” sorağını eşidən kənd camaatı axışıb gəlmişdi. Lap öndə kənd ağsaqqalları oturmuşdu. Əjdər müəllim onlarla çoxdanın tanışları kimi məhrəmanə söhbətlər edir, belə gözəl təbiəti olan məkanda yaşayan insanlar haqqında sənədli film çəkərək onları dünyaya tanıtmaq istədiyini bildirirdi. Bir azdan qəleybuğurdlular böyük bir süfrə açdılar. Deyəsən samovar çayı Əjdər müəllimin çox xoşuna gəlmişdi. Bu arada köməkçisi Volodya əyilərək  onun qulağına nə isə pıçıldadı. Əjdər müəllim dərhal ciddi görkəm alaraq  çox sakit halda ona nəyi isə başa salmağa başladı. Sonradan öyrəndik ki, Valodya araq istəyirmiş. Amma Əjdər müəllim ona başa salıb ki burada kənd ağsaqqalları oturub. Onların qarşısında araq içmək olmaz. Bu yerlərdə adət belədir. Böyük, ağsaqqal, ağbirçək olan yerdə içki içilməz. Hətta qonaq da olsan gərək bu adət-ənənələrə hörmət edəsən. Bu kiçik olay Əjdər müəllimin Azərbaycan mentalitetinə nə qədər bağlılığını, əsrlərdən keçib gələn adət və ənənələrimizə dərin hörmət bəslədiyini çox bariz şəkildə nümayiş etdirir. Elə bu keyfiyyətlərinə görə də o, qısa bir zaman  kəsiyində hər yerdə olduğu kimi Şamaxıda da çoxlu dost qazanmış, hamı onu sevməyə başlamışdı.   Əjdər müəllim bu gözəl məkana  vurulduğunu dilə gətirərək gələcəkdə bu yerlər, onun qonaqpərvər adamları, gözəl təbiəti barədə ayrıca bir film çəkmək arzusunda olduğunu da gizlətmədi.       Çəkilişdlərdən sonra geri qayıtdığımız zaman avtobusda Əjdər müəllim yenə də  “Tələbəlik illəri” mahnısını oxumağımızı xahiş etdi. Qəribədir, dünyagörmüş  sənətkar bu mahnının cazibəsindən çıxa bilmirdi. Böyük həvəslə oxumağa başladıq. O unudulmaz yay günündə, o böyük sənətkarla “Şamaxı səması altnda” yaşadığımız “Tələbəlik illəri”nin şirinliyinə bürünmüş bir ömür vərəqim də yaddaşımda belə qalıb.                                                                                   Cəlal Yaquboğlu,                                                                                         jurnalist


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler