Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Salyanda xestexana işığı söndü: İki körpe öldü – YENİLƏNİB

21 Haziran 2016

10:24 am


21/06/2016 [14:23]: xeber –
Səhiyyə Nazirliyi Salyan rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində iki körpənin ölməsi hadisəsinə münasibət bildirib.Nazirlikdən  verilən məlumata görə, Mirzabitə İlham qızı Abdullayeva gecə saat 22:15-də 31 həftəlik hamiləlikdən üçəm dünyaya gətirib. “Uşaqların çəkisi çox balaca olub. İntensiv yardım göstərilib. Bütün yardımlara baxmayaraq, uşaqlardan biri saat 1:00-da, digəri isə 1:10-da tələf olub. Mətbuatda yazılanlara gəlincə, işıq saat ikinin yarısında bütün rayonda sönüb. Yəni işığın buna heç bir aidiyyəti yoxdu. Xəstəxananın reanimasiya, doğum şöbələrində də generatorlar var” – deyə Səhiyyə Nazirliyindən bildiriblər.***Salyan rayonunda dünyaya gələn üçəmlərdən ikisi doğuşdan 6 saat sonra ölüb, birinin isə vəziyyəti ağırdır.Salyan şəhərinin Həsən Məmmədov küçəsi, ev 6 ünvanında yaşayan 21 yaşlı Mirzabitə İlham qızı Abdullayeva ötən gecə Salyan rayon Mərkəzi Xəstəxanasının (MX) doğum şöbəsinə yerləşdirilib. Onun ailə üzvlərinin sözlərinə görə, doğuş normal həyata keçirilib və ana üçəm dünyaya gətirib. Lakin doğuşdan 6 saat sonra xəstəxananın elektrik enerjisi kəsilib və şüşə altında saxlanılan körpələrdən ikisi oksigen çatışmazlığından ölüb, birinin isə vəziyyəti ağır olaraq qalır.Qeyd edək ki, Salyan MX-da elektrik generatorunun olduğu bildirilir. Lakin generator nasaz vəziyyətdə olduğundan işləməyib.(Report)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler