Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Şair Taleh Hemid vefat edib

01 Kasım 2016

7:08 am


01/11/2016 [11:06]: xeber –
Şair, jurnalist, publisit Taleh Həmid uzun sürən ağır xəstəlikdən sonra 64 yaşında vəfat edib. Bu barədə şairin sosial şəbəkədəki səhifəsində məlumat yerləşdirilib.Taleh Həmid 1952-ci il iyun 19-da Şəmkirin Dəllər Cəyir kəndində doğulub. 1975-1980-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Yaradıcılığının ilk illərində respublika komsomolu mükafatına layiq görülüb. 1980-ci ildə Gənc Jurnalistlərin II Ümumittifaq, 1984-cü ildə Gənc yazıçıların VIII Ümumittifaq müşavirələrində iştirak edib. Şeirləri və publisistik yazıları təkcə ölkəmizdə deyil, onun kənarlarında da işıq üzü görüb.Bir sıra mətbu orqanlarında – “Ulduz” jurnalında şöbə müdiri (1979-1989), “Yeni fikir” qəzetində baş redaktor (1989-1992), “Müstəqil qəzet”in təsisçisi və baş redaktoru (1992-2005). vəzifələrində işləyib. 2005-2015-ci illərdə Regionların Inkişafının ictimai Birliyində sədr müavini işləyib.“Qapımı bahar döyür”, “Dünya yaxşıdır hələ”, “Mən gözləyən olsa”, “Təltifsiz bulud” (Moskva), “Bu gündən sabaha”, “Mənə ürəyində yaz yeri saxla”, “Günəşdən gizlənir yay çiçəkləri”, “Ömrün payız sovqatı”, “Qarlı axşamların işığı”, “Sənə məktublar yazıram” şeir və publisistik kitabları nəşr olunubdur. 2010-cu ildə şeir və poemalarından ibarət iki cildliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” ədəbi mükafatına layiq görülüb.Allah rəhmət eləsin!


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler