Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Şair Selim Babullaoğlu mükafat almasından danışıb

27 Haziran 2016

11:04 am


27/06/2016 [15:02]: xeber –
Yaxın günlərdə  “Dünya Ədəbiyyatı” dərgisinin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin idarə heyətinin üzvü Səlim Babullaoğlu  Beynəlxalq  Ədəbi mükafata layiq görülüb. Mükafatın təqdimat mərasiminin Serbiyada keçiriləcəyi və bunun üçün  Səlim Babullaoğlunun oraya dəvət olunduğu haqqında xəbərlər  yayılıb.Şair Səlim Babullaoğlu sayt saytına verdiyi açıqlamada mükafatın verilməsinə təəccüblənmədiyini, mükafatlandırılacağını  gözlədiyini, yenə də bu kimi halların yaradıcı adamda  ruh yüksəkliyi yaratdığını  deyib.“Mükafatlar  yaradıcı insanda çox gözəl təsir yaradır.  Əsərlərinin dəyərləndirilməsi  o adamda  qeyri-adi təəssürat oyadır ki,  mükafata layiq görüləcəyini gözləmir. Mənimsə xəbərim vardı. Yenədə sevindirici haldır. Mükafat əsas məsələ deyil,  mühüm olan  insanın gördüyü işlərdir. Əgər doğurdan da ortada keyfiyyətli məhsul varsa, onun qiyməti  tez-gec veriləcək.  Qaldı ki, mükafatın təqdim olunması üçün dəvətə,  “Ədəbiyyat”   qəzetində də məsələ ilə bağlı xəbər çıxmışdı. Qəzetdə məni Serbiyaya dəvət edən şəxsin məktubu dərc olunmuşdu”. Qeyd edək ki, şair  “Tənha”, “İyunda oxunan nəğmələr”, “Maskalı adamların himni” və s. kimi şeir kitablarının müəllifidir.Kəmalə Yusifli                        




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler