Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Şair Salam Sarvan YAP-a üzv olmaq isteyir

12 Ağustos 2016

8:08 am


12/08/2016 [12:05]: xeber –
İki gün əvvəl 50 illik
yubileyini qeyd edən yeni dövr Azərbaycan ədəbiyyatının görkəmli simalarından
olan Salam Sarvan gözlənilməz açıqlama verib.

 

Sosial şəbəkədə siyasətə qoşulmaq istədiyini yazan etirazçı şair YAP-ın daxili
siyasətini alternativsiz hesab etdiyini deyib:

 

“Nəhayət, siyasətə qoşulmaq
istəyirəm. Son vaxtlar bu barədə xeyli düşündüm, təhlillər apardım, həmin
partiyanın sıralarına qoşulmaq qərarına gəldim. Tam ciddiyəm. Yaxın günlərdə ərizəylə
müraciət edəcəyəm. Qəbul eləsələr, şad olaram. Qəbul etməsələr belə, kənardan həmin
partiyanın təəssübkeşi kimi qalacağam. Necə deyərlər, tövbə heç vaxt gec
deyil”.

 

Şair “Qafqazinfo”ya
açıqlamasında YAP sıralarına qoşulmaq istəyini belə izah edib:

 

“Düzü, bu qərarımda həm
ictimai, həm də şəxsi motiv var. İctimai motiv budur: Dünyada getdikcə bir gərginlik
hiss olunmaqdadır. Azərbaycanı ehtimal edilən dünya sarsıntılarının təsirindən
yalnız YAP hakimiyyəti qorumağa qadirdir. Həm səriştə, həm də təcrübə
baxımından bu hakimiyyətin alternativi yoxdur. Bu hakimiyyət daxili siyasətdə
sabitliyi saxlayacaq ən optimal siyasət yürüdür ki, bu da çox vacibdir. Əlbəttə
ki, hökumətin fəaliyyətində ayrı-ayrı məmurlar səviyyəsində problemlər də var.
Amma bu problemləri də məhz cənab prezident həll etmək gücündədir. Ona görə də,
belə halda YAP sıralarını bir nəfərlik artırmağı özümə borc bilirəm.

 

Şəxsi motiv budur: Mən
ayrı-ayrı vaxtlarda YAP hökumətinin fəaliyyətindəki problemlər barədə xeyli tənqidi
yazılar yazmışam. Amma buna rəğmən bu hökumət bircə dəfə də olsun mənə “gözün
üstdə qaşın var” deməyib. Amma bu cəmiyyət yanlış anladığı bir statusuma görə,
az qala, məni asacaqdı. Bir kəsimi səviyyəsində olsa da. Ona görə də özümü bu cəmiyyətdən
qorumaq üçün daha tolerant bir qurumun, kəsimin içində olmalıyam. Bu da
YAP-dır”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler