Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Şahzade ressamı döydürdü, ayaqlarını öpdürdü ve… –

30 Eylül 2016

9:04 am


30/09/2016 [13:01]: xeber –
“Le Point” fransız portalının məlumatına görə, bir rəssam-dekorator Səudiyyə Ərəbistanı şahzadəsi tərəfindən alçaldıldığını və onun ayaqlarını öpməyə məcbur olunduğunu iddia edib.Qalmaqallı hadisə bu ilin yayında kralın Parisdə Avenyu Foşdakı iqamətgahında baş verib. Lakin bu barədə yalnız indi məlumat yayılıb. Rəssamı kral sarayına zinət əşyaları sifariş etmək niyyətində olan ev sahibəsinin təmsilçisi dəvət edib. Dekoratorun sözlərinə görə, peşəsində normal qəbul olunduğu kimi üslub barədə daha dəqiq təsəvvür əldə etmək üçün tərtibatı öz telefonunun kamerasına çəkməyə başlayıb. Lakin şahzadə xanımı kişinin bu hərəkətləri qəzəbləndirib. Şahzadə kişinin zahiri görkəmindən belə nəticə çıxarıb ki, o, jurnalistdir və iqamətgaha rəssam adı altında onun şəkillərini çəkib mətbuata yaymaq üçün girib. Nəticədə o, mühafizəçilərə dekoratoru döyməyi əmr edib və alçaldıb. Eyni zamanda rəssam yüksək vəzifəli şəxsin ayaqlarını öpməyə məcbur edilib. Bundan əlavə, kişini ölümlə hədələyiblər.Təhqir olunmuş fransız şahzadə qadının sözlərindən sitat da gətirib. O, şahzadənin “Siz bu iti öldürməlisiniz, onun yaşamaq haqqı yoxdur”, – dediyini xüsusi vurğulayıb.Xoşbəxtlikdən rəssamın şahzadə iqamətgahına səfəri 4 saatdan sonra başa çatıb. Belə demək mümkünsə, təhqirdən sonra kişini buraya bir daha gəlməməsi şərti ilə sağ-salamat buraxıblar.Rəssam polis işçilərinə aldığı xəsarətin izlərini göstərib və hadisəni onlara danışıb. O da məlum olub ki, dekorator ona dəyən mənəvi zərərə görə 20 min avro tələb etmək niyyətindədir. Bundan başqa o, evdə qoyduğu alətləri geri almaq istəyib, lakin şahzadə buna məhəl qoymayıb.İlkin məlumatlara görə, qalmaqallı hadisənin səbəbkarı 1975-cu ildən 1982-cu ilə illərdə hakimiyyətdə olan şahzadə Xalid ibn Əbdul-Əziz Əl Səudun yaxın qohumlarından biridir.Qeyd edək ki, Avenyu Foş iqamətgahında əsasən milyarderlər və bir sıra ölkələrin diplomatik nümayəndəlikləri yaşayır.(Publika.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler