Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Şahlar Quliyevin 70 illik yubileyine hesr olunmuş tamaşa keçirilecek

18 Ekim 2016

2:48 pm


18/10/2016 [18:47]: xeber –
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Teatrın solisti, Xalq artisti, Prezidentin Fəxri təqaüdçüsü Şahlar Quliyevin 70 illik yubileyinə həsr olunmuş tamaşa – Müslüm Maqomayevin “Şah İsmayıl” operasının tamaşası keçiriləcəkdir. Yubilyar bu tamaşada əsas partiyalardan birini – Aslan şah rolunu ifa edəcəkdir.Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.Uzun illər Opera və Balet Teatrının aparıcı solisti olan Şahlar Quliyev teatrın səhnəsində həm milli, həm də klassik tamaşalarda unudulmaz rollar yaradıb. “Koroğlu”da Həsən xan, Eldar, “Leyli və Məcnun”da Nofəl, “Arşın mal alan”da Süleyman, “O olmasın, bu olsun”da Qoçu Əsgər, “Natavan”da Qasım bəy Zakir, “Aida”da Amonasro, “Karmen”də Eskamilio və s.Noyabrın 2-də baş tutacaq tamaşada “Şah İsmayıl” rolunu Əməkdar artist Təyyar Bayramov, Gülzar rolunu Əməkdar artist Fəridə Məmmədova, Ərəbzəngi partiyasını isə Afaq Ağayeva ifa edəcəklər.Tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler