Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Şahid mehkemede hakimi şoka saldı

07 Eylül 2016

9:44 am


07/09/2016 [13:43]: xeber –
Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində Rüfət Səfərovun
məhkəmə istintaqı davam etdirilir. Şahid qismində ifadə verən Hacıyev Babək
bildirdi ki, o şəxsi təsərrüfatında məşğul olub. Xırda buynuzlu heyvanları xəstəlik
tutub. Onlara vaksin vurulmadığından rayon baytarlıq idarəsindən şikayət edib.
Rüfət Səfərov müstəntiq kimi onu qəbul edib bildirib ki, şikayəti araşdırıb tədbir
görüləcək. Əgər şikayət təsdiqini tapsa, ona dəyən zərər ödəniləcək. Bir neçə
aydan sonra Zərdab rayonunun prokurorundan cinayət işinin başlanmasının rədd
edilməsi barədə qərar gəlib. Bundan sonra o yenə şikayətlərini davam etdirib.
Prokuror sual verib ki, Mənsum Pənahovun Rüfət Səfərova rüşvət verməsi barədə məlumatı
olubmu. O isə yox cavabı verib.

Bundan
sonra Babək Hacıyevin istintaqa verdiyi ifadəsi ilə ziddiyyət təşkil olunduğu məlum
olub. İfadə elan olunan zaman Hacıyev deyib ki, bu ifadə müstəntiq tərəfindən
yazılıb və o da imzalayıb. Hakim bu cavabdan şoka düşərək şahidi öz məhkəmə
ifadəsindən yayındırmağa çalışsa da, şahid “adamın Allahı var, mən necə olmayan
şeyi deyim?”,- deyə cavab verib. Daha sonra Baytarlıq idarəsinin əməkdaşı Şaiq
Əliyev ifadə verib. O, bildirib ki, ondan şikayət olunduğu üçün prokurorluğa
çağrılıb və ifadəsini verib. Müstəntiq ondan aptekin lisenziyası
olub-olmamasını soruşub. O da aptekin işləmədiyini bildirib. Əliyev Şaiq bu
hadisədən sonra idarə rəisi Mənsum Pənahovdan müstəntiqə 400-500 manat
verdiyini eşidib. Vəkil sual edəndə ki, niyə bu barədə şikayət etməmisən, o
zaman cavab verə bilməyib. Vəkil Bəhruz Bayramov şahidin bilavasitə hadisəyə
şahid olmadığını və Əliyev Şaiqin Mənsum Pənahovdan asılı işçi olduğu üçün ifadəsinin
sübutlar siyahısından çıxarılması barədə vəsatət verib. Hakimlər yerində
müzakirə edərək vəsatəti baxılmamış saxlayıb. Həmçinin keçən prosesdə qəbul
olunmuş vəsatətin aqibəti ilə maraqlanan vəkilə bildirilib ki, Respublikası
prokurorluğundan cavab hələ də onlara daxil olmayıb. Digər şahidlər gəlmədiyindən
proses sentyabrın 16-ya kimi təxirə salınıb. /azadlıq.info/

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler