Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Şah Abbasın Qubada günbez tikdirmesinin ilginc sebebleri – TARİX

11 Eylül 2016

3:36 pm


11/09/2016 [19:35]: xeber –
Quba rayonunun  Gədik kəndində XVII əsrin əvvəllərində Şah Abbas tərəfindən tikilmiş bir türbə mövcuddur. Türbənin tikilməsinin maraqlı bir tarixçəsi vardır. Tarixi mənbələrdə göstərilir ki, Şah Abbas 1607 miladi ilində Dərbəndə doğru yürüş edərkən, Vəlvələ çayının sağ sahilində Çəpərxana adlanan ərazidə düşərgə salır. Şah libasını dəyişərək, bir neçə əsgərlə ova çıxır ki, qoşunu yedizdirmək üçün heyvan vursun. Bir yerdə “Quran” oxuyan pirani qocaya rast gəlir. Şah Abbas salam verir. Kişi “Quran”ı tamamlayandan sonra şahın adıyla salamı alır və deyir ki, “Quran” şahdan irəli olduğundan, onu qurtarmamış sizin salamınızı ala bilməzdim. Yanındakı bələdçi Şaha bildirir ki, bu pirani şəxs Seyid Şəmsəddin Məhəmməddir. Şah Abbas ona deyir ki, ordumuzun azuqəsi tükənib, əgər həqiqi seyidsənsə bir kəramət göstər, Allahdan bizə ruzi gəlsin. Bu vaxt Heykallı dağından iki ceyran onlara tərəf gəlir. Seyid Şaha deyir ki, əsgərlərinə tapşır, onlara güllə atmasınlar, yanımıza gələcəklər. Ceyranlar gəlib çatanda seyid ocaqdan iki dənə kösöv götürüb, yerə basdırır və ceyranları bu mıxçalalara bağlayır. Daha sonra ceyranları sağaraq, südlü aş bişirir və şahın bütün əsgərlərini qonaq edir. Qüdrəti-İlahidən verilən bərəkətlə bir qazan yemək bütün əsgərləri doyuzdurur.Şah Abbas seyiddən xahiş edir ki, bu yürüşdə qələbə çalması üçün ona xeyir-dua versin. Seyid Şəmsəddin Məhəmməd yerə çaldığı kösövlərin dibində dəstamaz alıb, namaz qılaraq, onların qələbə çalması üçün dua edir. Namazını qurtaranda görürlər ki, kösövlər göyərib. Şaha bildirir ki, duam qəbul olundu, qələbə çalacaqsan.Şah Abbas Dağıstanı fəth edir və orada məscid tikdirir. Qayıdarkən gördüyü kəramətlərin müqabilində yenidən Seyid Şəmsəddin Məhəmmədi ziyarət etmək istəyir. Lakin, onun dünyasını dəyişdiyini eşidərək, məzarını ziyarət edir və bu şərif məzar üzərində həmin bu günbəzi tikdirir. Bundan əlavə seyidin nəslinə 50 desyatin torpaq bağışlayır. Daha sonra isə, fərman imzalayaraq, onları bütün vergilərdən azad edir. Hazırda türbədə üç qəbir vardır. Qəbirlərdən biri Soltan Seyid Kərimə, ikincisi, oğlu Seyid Şəmsəddin Məhəmmədə, üçüncüsü isə, onun həyat yoldaşına məxsusdur.Paşa Yaqub – tədqiqatçı-yazıçıQuba – BakıYazarın arxivi: http://www.moderator.az/search?q=pa%C5%9Fa+yaqub


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler