Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Sağlamlıq üçün çox tehlükeli olan ağlagelmez eşyalar -MARAQLI

11 Ekim 2016

11:56 am


11/10/2016 [15:52]: xeber –
Bakteriyaların çox olduğu yerləri hamımız bilirik və hamımız həmin yerlərdən özümüzü qoruyur mümkün qədər toxunmamağa çalışırıq. Amma hər gün təmasda olduğumuz, ətrafımızda gözə dəyməyən elə “mikrob bankları” var ki, onlar hətta ən çox təhlükə hesab etdiyimiz yerlərdən belə təhlükəlidir.sayt həmin mikrob bankı olan əşyaları təqdim edir:Restoranlardakı menyu kitabçaları – ən elit xidmətə sahib, lüks şəraitli restoranlarda belə yeməklərin ad və qiymətlərinin təqdim olunduğu menyu kitabçaları təmiz mikrob bankıdır. Onların təmizliyi kimsənin diqqətində deyil. Yemək verilən boşqab da deyil ki, yuyulsun. Nə yuyulur, nə də tez vaxtda dəyişdirilir. Əldən-ələ, yerdən-yerə gəzən menyu hər yandan olan mikrobları özünə çəkir. Odur ki, menyu kitabçasına əlinizi vurdunuzsa mütləq yemək yeməmişdən qabaq onları möhkəmcə yaxalayın.Elektrik düymələri – bu hər evin hər otağında, hər otağın hər divarında olan və işıqları yandırmaq üçün vurduğumuz düymələrdir. “Qoy işığı yandırım, yaxud söndürüm” deyərkən istifadə etdiyimiz düymələrdə nə qədər mikrobun gəzdiyindən xəbərsizik. Həmin düymələrə gün ərzində çox toxunulur. Amma onlar əksər hallarda nə təmizlənir, nə də yenisi ilə əvəz olunur. Əl təmasları isə get-gedə artır.Sürahilər – metro eskalatorunda olan zaman bir xanım dayanmadan deyir “sürahilərdən tutun, pilləkənlərin sağ kənarında dayanın”. O bilsə idi ki, həmin sürahilərdə nə qədər mikrob var, heç belə deməzdi. Sürahilər ən yaxşı halda gündə bir dəfə təmizlənir. Amma həmin sürahilərə gün ərzindəminlərlə insanın əli dəyir. Onlar tamamilə gözdən kənardadırlar. Sanki elə durduqları yerdə qalmaq və söykənmək üçün hazırlanıb. Təmizlik isə kimsən maraqlandırmır.Əl qurutma cihazları – çox yerlərdə əlləri yuduqdan sonra qurudulması üçün bu cihazlar quraşdırılıb. Amma əlləri quruda – quruda özü mikrob yurduna çevrilir. Əksər hallarda təmizlənmir. Bəzən yaxşı yuyulmayan əlləri ona yaxınlaşdıranda olan-qalan mikrobu da özünə çəkir.Avtobusda tutacaqlar – daha bu haqda danışmağa çox da ehtiyac yoxdur. İnsan orqanizmi üçün ən zərərli əşya avtobusdakı tutacaqdır. Ona bircə dəfə toxunmaq belə insana xeyli sayda bakteriya bağışlayır.Dəsmal – çoxumuz bilmirik ki, əli yuyub təmizləyəndən sonra yenidən onu çirkləndiririk. Özü də çox sadə: mikrobların var-gəl etdiyi dəsmalla qurutmaqla həmin mikrobları əlimizə calayırıq. Odur ki, evdə hər şəxsin bir dəsmalı olmalıdır. Həmin dəsmal da ən pis halda iki gündən bir yuyulmalıdır.İdman zalındakı alətlər: bir anlıq düşünək: bu alətlər nə yuyulur, nə dəyişdirilir nə də ayrı üsulla təmizlənir. İdman zalındakı adamlar da eyni alətlərdən istifadə edir. Bir əldən alınan mikrob o biri ələ həmin idman aləti vasitəsilə keçir. Odur ki, hər dəfə idman zalından çıxan kimi əlləri möhkəmcə yumaq lazımdır.Pul – elə bilirsiniz ki, pula nahaq yerə “əl çirki” deyiblər? Ancaq gigiyenik qaydaları nəzərə alandan sonra pula belə ad verilib. Düşünün, cibimizdəki pul heç zaman birbaşa bizim deyil, o kiminsə cibindən çıxaraq bizim cibimizə girib. Bizim cibimizdən çıxandan sonra da kiminsə cibinə girəcək. Yəni hər zaman dövr edir, dövr edə-edə də mikrobları özünə cəm edir.Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler