Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Saday Şekerlinin mehkemeye gelmeye taqeti yoxdur”

08 Temmuz 2016

8:12 am


08/07/2016 [12:11]: xeber –
Hazırda
həbsdə olan tanınmış şair Saday Şəkərlinin səhhətində ciddi problemlərin
yaranması ilə bağlı informasiyalar dolaşmaqdadır. Məlum məsələ ilə bağlı
sayt-a açıqlama verən Saday Şəkərlinin Hüquqlarını Müdafiə Komitəsinin
sədri Eldəniz Quliyev bu informasiyaların doğruluğunu təsdiqləyib. E.Quliyevin
sözlərinə görə, S.Şəkərli hazırda bir sıra xəstəliklərdən ciddi əziyyət çəkir:

“Saday
Şəkərli həqiqətən xəstədi. O, hələ həbs olunmamışdan öncə şəkərdən, qan təziqindən
və ürək-damar xəstəliklərindən əziyyət çəkirdi. Həbsxanada isə
bu xəstəliklər daha da şiddətlənib. Onun əziyyət çəkdiyi xəstəliklər riskli xəstəliklər
qrupuna aiddir. Hazırda
o, tibb müəssisəsindədir və məhkəməyə gəlməyə taqəti yoxdur. Bir sözlə, S.Şəkərlinin
durumu kifayət qədər kritikdir”.

Xatırladaq
ki, rəsmi məlumata görə, Bakı şəhər sakini Saday Şəkərovun (Saday Şəkərli)
külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi
haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan,
uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb
etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan
faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu
ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb, məhkəmənin qərarı ilə 10 il
müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək
ki, S.Şəkərli Yazıçılar Birliyinin üzvüdür.

 

Seymur
Əliyev

 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler