Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Saday Budaqlıdan iddia: “Bulqakov mistik qüvvelerin nümayendesi olub” – MÜSAHİBƏ

07 Kasım 2016
9:48 am


07/11/2016 [13:47]: xeber –
sayt görkəmli yazıçı Saday Budaqlının “Master və Marqarita” romanının tərcüməsi barədə “Aydın yol” qəzetinə verdiyi müsahibəni təqdim edir: -Saday müəllim, öncə romanın tərcümə tarixçəsindən danışaq. Necə oldu ki,  Mixail Bulqakovun “Master və Marqarita” romanını tərcümə etmək qərarına gəldiniz? -1980-ci illərin axırlarında mərhum tərcüməçimiz Natiq Səfərovla birgə “Yazıçı” nəşriyyatında çalışırdım. O, həm də Azərbaycan Dövlət Radiosu ilə də əməkdaşlıq edirdi. Bir gün “Master və Marqarita”nın  pyes formasına salınmış variantını gətirdi ki, onu radio üçün tərcümə edim. Özünün vaxtı olmadığı üçün bu işi mənim görməyimi istədi. Mən də bir həftə müddətinə pyesi tərcümə etdim. İndi də radionun “Qızıl fondu”nda qorunur. Sonra öz yaradıcılığımda bir müddət fasilə yarandı. Sözdən uzaq düşməmək üçün tərcümə ilə məşğul olmaq qərarına gəldim. Fikirləşdim, elə bir əsəri tərcümə edim ki, yaşasın, ədəbiyyatımızda qalsın. Beləcə, “Master və Marqarita”nın tərcüməsinə başladım. Heç bir yerdən sifariş almamışdım, sadəcə, tələsmədən özüm üçün  romanı dilimizə çevirirdim. Roman çox mürəkkəbdir,  tərcümə prosesində xeyli  çətinliklər meydana çıxırdı. Amma mən bilmədiyimi soruşmaqdan utanan adam deyiləm. Odur ki, bir çətinlik olan kimi soruşurdum, öyrənirdim, dəqiqləşdirəndən sonra tərcümə olunan varianta əlavə edirdim. “Master və Marqarita”nı  tərcümə etdiyimi bilənlər var idi.  “Şərq-Qərb” nəşriyyatı o zaman latın əlifbası ilə 50 cildlik dünya ədəbiyyatı nümunələri çap edirdi. İlk dəfə onlardan təklif gəldi. – Tərcümə prosesində romandakı hansı detallar sizə daha çox çətinlik yaratdı? -“Master və Marqarita “roman içində roman” prinsipi ilə yazılıb, üç romandan ibarətdi. Biri, Masterin yazdığı Ponti Pilat dövrünə aid roman, ikincisi, Masterlə Marqaritanın sevgi romanı, üçüncüsü isə 1930-cu illərin Moskvası haqqında roman. Onların da hərəsi özünəməxsus yanaşma tələb edirdi. İşin bu tərəfi çətinlik yaradırdı. Əsas mürəkkəblik  bunda idi. Hər romanın  özünəməxsus üslubu tərcüməçidən əlavə bacarıq tələb edirdi.  Bəlkə də, bu səbəbdən romanın tərcüməsi 2-3 il çəkdi. -Bulqakovun özü kimi şah əsərinin də faciəvi taleyi olub… -Bulqakov romanı bir neçə dəfə yazıb. Elə olub, yazdıqlarını yandırıb da. Doqquz ilə yazılsa da, bu onun bütün ömrünün kitabıdır. Romanın əvvəlcə bir fəsli çap olunub. Bulqakov da ondan sonra təzyiqlərə məruz qalıb. Tamaşaları səhnədən yığışdırılıb. “Master və Marqarita”ya görə çox əziyyət çəkib. Ömrünün son illərində ümumiyyətlə yazmaq iqtidarında olmayıb. Özü deyib, arvadı yazıb. Əsərə yenidən yanaşmaq, onu redaktə etmək gücündə olmayıb. -Məşhur yazıçılardan biri deyib ki, “Master və Marqarita”ya  yalnız roman desək,  onu kiçiltmiş olarıq. O nədirsə, tamam başqa dünyadır. Saday müəllim, fikrinizcə, “Master və  Marqarita” mahiyyət etibarilə nədir: yalnız roman, yoxsa, fərqli dünya? -Öz quruluşuna, mahiyyətinə görə “Master və Marqarita” nəhəng əsərdir. “Fərqli dünyanı” sənə doğmalaşdıran, öz ağrı-acısını sənə də yaşadan, səninki edən əsərdir. Hərdən adama suallar verirlər ki, başqa planetə getsəniz, özünüzlə hansı kitabı aparardınız? “Master və Marqarita” belə kitablardandır. -Bulqakovun fiziki və ruhi ağrıları onun İblisə münasibətinə nə dərəcədə təsir göstərib? Onda Allaha etiqad var, amma ömrünün sonunda yaşadığı ağrıların nəticəsində sanki İblisdən imdad diləyir… -Bildiyimə görə, Bulqakov ateist olub. Bilirsiz,  burda bir məsələ var. Niyə Bulqakov İblisi müsbət qəhrəman kimi təqdim edir? Şərq mədəniyyətində bu yoxdur. Bu Avropa mədəniyyətindən gəlir: heç nəyə birmənalı yanaşmamaq, hər şeyi yaxşılığı, pisliyi ilə bir yerdə qəbul etmək. Hötenin “Faust”unda da belədir. Bu, sadəcə, ədəbi gedişdir. Bulqakov kimi bir şəxsiyyətin İblisdən imdad diləməsi absurddur.  -Bulqakov “Master və Marqarita”nı öz taleyinin, həyat ağrılarının əsəri kimi ustalıqla qələmə alıb. Onun Moskvası Ponti Pilat dövrünün Romasına nə qədər yaxındır?  -Bulqakov romanda Ponti Pilat dövrünün Roması ilə öz zamanının  Moskvası arasında müəyyən paralellər aparır. Hər iki dövrdə bir-biri ilə kəsişən detallar var. Dövrünün sosial faciələrini, Xeyirlə Şərin mübarizəsini çatdırmaq üçün bunu bir vasitə kimi götürür. Son nəticədə isə yaşadığı mühitin ağrılarını vermək istəyir. Əslində iki fərqli dövr arasında mahiyyət dəyişmir. Geyimlər, binaların görkəmi dəyişsə də, insan öz yaxşılığı, pisliyi ilə yenə həmin insandır. Heç bir inqilab onu dəyişdirməyə qadir deyil. -Romandan sonra “Bulqakov Moskvası” anlayışı yarandı. Tərcümə zamanı zülmət içində olan “Bulqakov Moskvası”nın təmizlənmə, mənəvi cəhətdən xilasına inanırdınız? -Bulqakovun Moskvası təbii ki, xilas ola bilməzdi. Onun belə bir fikri də yox idi. Əksinə, heç nəyin dəyişmədiyini, insanın dəyişə bilməyəcəyini göstərir. Volandın Varyete teatrındakı magiya seansı məhz buna xidmət edir.  Volandın missiyası isə gerçəklikləri bütün çılpaqlığı ilə göstərib, pisləri cəzalandırmaq, əzabkeşlərə -Masterə, Marqaritaya əbədi rahatlıq bəxş etmək olur. Bulqakov İnqilabı cəmiyyəti və insanı xoşbəxtliyə aparmaq ideyasına kinayə ilə yanaşır. Elə bu inqilablar Rusiyanın özünü əsrlərlə geri atdı… -Roman müəmmalarla dolu olsa da, kifayət qədər gerçək əsərdir. Sosial gerçəklik burada çılpaqlığı ilə əks olunub… – Öz zamanında bu cür gerçəkliyi mistik fonda  yazmaq böyük ustalıq tələb edirdi. Bulqakov bir şəxsiyyət kimi də çox mistik insan idi. Bəlkə də, mistik qüvvələrin Yer üzündəki nümayəndəsi olub. -Sosial gerçəkliyə, bu qədər dərin mistik duman altından baxmağa sizcə, nə dərəcədə ehtiyac var idi? – O, hələ bu cür yanaşa-yanaşa nə qədər əziyyətlər çəkdi. Yazıçı təxəyyülüdür,  Bulqakov da gerçəkliyi bu cür vermək istəyib. Həm də Bulqakovun  özü mistik şəxsiyyət idi. Sizə qəribə bir şey deyim: onun yaradıcılığına müraciət edəndə çap haqqında düşünməmişdim. Sadəcə, özüm üçün tərcümə edirdim. Amma tərcüməyə başlayan zaman  ard-arda sifarişlər aldım. Roman bir neçə dəfə çap olundu. Bu tərcümənin mənə maddi və  mənəvi köməyi çox oldu. Bulqakova yanaşmanın özündə də qəribə mistika var.  -Belə anladıq ki, bu mistika tərcümə prosesində sizinlə baş-başa olub. Sizi çox heyrətləndirib…- Hər bir gözəl əsər insanı yaxşı mənada heyrətləndirir. Hansısa böyük yazıçının əsəri, yaxud öz dostunun yazdıqları da səni heyrətləndirə bilər. Onu da deyim ki, romana yenidən qayıtmaq, əl gəzdirib şərhləri ilə bir yerdə çap etmək fikrim var. Həmin şərhlər Bulqakovun otuzuncu illər Moskvasına, xristianlıqla bağlı mətnlərə necə yanaşdığını aydın göstərir.-Saday müəllim, sonda bir suala cavab almaq istərdik: Sizin üçün  “Master və Marqarita” kimi mürəkkəb və çoxqatlı  romanın əsas mahiyyətinin nədən ibarətdir? -indi məsələ dönən bir ifadə var: “Əlyazmalar yanmır”. Hamı öz ömrünü yaşayır və  bacardıqca onu mənalı eləməyə  çalışır. Ancaq günlərin bir günü ruhdan düşür, nələrsə ürəyini bulandırır və necəsə hər şeyə nöqtə qoyur:ya indiyə qədər elədiklərinin üstündən xətt çəkir, ya öz həyatına son qoyur. Ancaq sən öz həyatını doğru-düzgün yaşamağa, onu mənalı etməyə çalışmısansa, səndən sonra heç nə itmir, səndən sonra bu göy qübbəsi altında nəsə qalır. Ona görə, yaşadığın ömrə peşman olmaq lazım deyil: “Əlyazmalar yanmır”.Roman bax bu barədədir. Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler