Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Sabunların dialoqu

24 Haziran 2016

9:28 am


24/06/2016 [13:27]: xeber –
sayt şair-publisist Heydər Oğuzun yenicə qələmindən çıxmış bir təmsilini təqdim edir:

 

Soruşdu təzə sabun

Bir gün köhnə sabundan:

-“Bizim hansı yönümüz

Əskikdir ondan-bundan?

 

Bir gözə girmək üçün

Xeyli köpüklənirik,

Amma gözə girəndə

Dərhal “təpiklənirik””.

 

Dedi köhnəlmiş sabun:

-“Mən də olarkən təzə

Sənintək əlləşərək,

Girmək istərdim gözə.

 

“Nə etməli?” fikriylə

Çox düşünüb daşındım,

Çıxdım dəri-qabıqdan,

Aşındıqca aşındım.

 

Yüz cür ətirlər qatdım

Köpüyümün iyinə,

Gözə girmək yolunu

Tapa bilmədim yenə.

 

Vücudum sürtülməkdən

Hər gün mumtək əridi.

Gördüm, nə sabun gözün,

Nə göz sabun yeridi.

 

Usandım görünməkdən

Gündə fərqli donumda,

Girəcəyim ünvanı

Dəyişdirdim sonunda.

 

Tapınca öz yerimi

Gözdən də üstün oldum.

Gözə girə bilməzkən,

Göz üstündə tutuldum”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler