Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Sabunçu rayon prokurorunun adı tormaq qalmaqalında hallanır…

22 Ağustos 2016

6:32 am


22/08/2016 [10:27]: xeber –
Sabunçu rayon prokuroru Ceyhun Şirinovla bağlı sayt-a aşağıdakı məzmunda şikayət məktubu daxil olub. Biz şikayətçinin məktubda qeyd etdiyi məqamların nə dərəcədə həqiqəti əks etdirib-etdirmədiyini bilmirik. Amma onun israrlı xahişi ilə məktubu təqdim edirik, eyni zamanda qarşı tərəfə də cavab haqqı tanıdığımızı, mövqelərini olduğu kimi təqdim etməyə hazır olduğumuzu bildiririk:”Bildirmək istəyirəm ki, Sabunçu rayon İcra hakimiyyəti başçısının 16 avqust 1994-cü il tarixli, 1259 saylı “Vətəndaş Məmmədov Azər Maarif oğluna fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılması haqqında” sərəncamına əsasən mənə Bakıxanov qəsəbəsi, Gürcüstan küçəsində 159 saylı yerdə ayrılmış, 0.06 ha torpaq sahəsi 21 ilə yaxındır ki, mənim istifadəmdədir. Tərəfimdən hasara alınmış, darvaza qoyulmuş, mənə fərdi ev tikmək üçün hazır vəziyyətə gətirilmişdir. Maddi imkanım olmadığından həmin torpaq sahəsində hər hansı tikinti apara bilməmişəm. Belə ki, ( qonşular) Sabunçu rayon İcra hakimiyyəti başçısının 12.05.1994-cü il tarixldə, Məmmədov Şakir Mirzəbala oğluna 157 saylı yerdə, 0.06 ha torpaq sahəsi ayrılmış; Cəfərov Ağaverdi Xeyrulla oğluna 158 saylı yerdə, 0.06 ha torpaq sahəsi ayrılmış; Məmmədov Azər Maarif oğluna fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılması haqqında” 1259 saylı sərəncamına əsasən mənə Bakıxanov qəsəbəsi, Gürcüstan küçəsində 159 saylı yerdə, 0.06 ha torpaq sahəsi ayrılmış; Vəliyeva Zina İsa qızına160 saylı yerdə, 0.06 ha torpaq sahəsi ayrılmışdır.Qonşular həmin massivdə yaşayış evi tiksələr də maddi  problemlərə görə yaşayış evinin tikintisini həyata keçirə bilməmişəm. Bununla yanaşı 22 ildə həmin sahəni yuxarda adlarını çəkdiyim qonşullarla abadlaşdırıb yaşayış massivinə gətirmişik.   Təxminən bir il bundan əvvəl  tanımadığım nömrədən mənə zəng gələrək özünü “makler” kimi təqdim edən birisi mənə məxsus torpağa yaxşı müştərinin olduğunu bildirdi. Eyni zamanda əlavə etdi ki, həmin şəxs  rayonun rəhbər şəxslərinindən biridi! Mən isə ona birmənalı şəkildə öz etirazımı bildirib həmin törpağı satmaq barəsində düşünmədiyimi söylədim. Sonradan müxtəlif şəxslər də mənimlə əlaqə saxlayıb həmin törpağın “müəllim”ə satılmasının məsləhət olduğunu bildirdilər. Mən də əvvəlki mövqeyimdə duraraq onların təklifini rədd etdim. Elə qara günlərim də ondan sonra başladı. Həmin günlər mənə qonşular tərəfindən məlumat verildi ki, naməlum şəxslər tərəfindən gecə saatlarında mənə məxsus torpaq sahəsinin darvazasına asdığım kilidi sındırılaraq tərəfimdən 22 il bundan əvvəl daş hasara alınmış torpaq sahəsində tikinti materialları tökülərək tikinti işləri aparmağa cəhd edilir. Mən dərhal hadisə yerinə gələrək həmin şəxslərin mənə məxsus sahədə nə əsasla tikinti işləri aparmalarını soruşub, həmin sahədən çıxmalarını tələb edib bu qanunsuz hərəkətin qarşısını almaq üçün Sabunçu rayon İcra Hakimiyyətinə şikayət etdim. Bundan sonra həmin qurumlar gəlib qanunsuz tikili aparmağa cəhd edən şəxsin sənədlərini tələb edib özbaşına tikilini dayandırıb, tikinti materallarını isə sahədən çıxarartdırdılar. Təxminən bir neçə aydan sonra yenidən həmin sahəyə peyda olub, mənimlə görüşərək həmin sahənin ona məxsus olduğunu bildirərək DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən  İsmayılov Elvin Knyaz oğluna Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 5-ci Yavər Əliyev küçəsi ev 34 ünvanında fərdi yaşayış evinə dair 0610434 saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı və  13.03.2015-ci il tarixli Texniki Pasport (reyestr nömrəsi 005013022774-10301, inventar nömrəsi 11/955) göstərdilər. Həmin sənədlərə baxarkən aydın oldu ki, həqiqətən mənə məxsus torpaq sahəsinin planı İsmayılov Elvin Knyaz oğlunun adına tərtib edilmiş texniki pasportdakı göstərici eyni olsa da, həmin sahədə mövcud olmayan tikilinin texniki göstəriciləri göstərilərək həmin sahədə ümumi sahəsi 15.6 kv.m  tikilinin guya olması qeyd edilmişdir. Mən isə bunun tam saxta olmasını onların nəzərinə çatdırıb, həmin sahə ilə bağlı ilkin torpaq ayırma sənədlərini tələb etdim. Bu zaman onlar ilkin hüquq müəyyən edən sənədlərin olmamasını bildirməklə mənə həmin hüququn yarandığı məhkəmə aktlarını təqdim etdilər. Həmin məhkəmə aktlarına baxarkən dünya başıma fırlandı, bu necə ola bilər? Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Sabunçu  Bələdiyyəsi ilə əlbir olaraq qeyri-qanuni hərəkətləri nəticəsində, heç bir tikili mövcud olmadığı halda İsmayılov Elvin Knyaz oğlu DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı ( əvvəlcədən razılaşdırılmış halda) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia qaldıraraq olmayan tikilinin “Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddia tələbi təmin edilmiş (03.10.2014 tarixli 2-1(82)-3308/2014 qərarla) və dərhalda həmin qərar DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən icra olunmuşdu. Dərhal da eyni üsulla yenidən torpaq sahəsi ümumiyyətlə ayrılmadığı və həmin şəxslə hüquqi bağlılığı olmadığı təqdirdə İsmayılov Elvin Knyaz oğlu adına eyni ssenari ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia qaldıraraq  “ Torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınması təmin edilmişdi ( 28 yanvar 2015-ci il tarixli 2-1( 82)-334/2015 saylı qərarla). Mən başa düşdüm ki, torpağı bunlara satmadığımdan saxta sənədlərlə həmin sahənin sahibi kimi sənəd əldə ediblər. İşdəndə göründüyü kimi İsmayılov Elvin Knyaz oğlunun adına heç bir torpaq ayırma sənədləri mövcud olmadığı halda mənə məxsus sahəni ələ keçirmək məqsədi ilə sürətli şəkildə öz vəzifə səlahiyyətlərini aşan hər üç qurumun əməkdaşları ilə əvvəlcədən sövdələşərək hüquq müəyyən edən sənədləri olmaya-olmaya həmin çıxarışı və texniki pasportu cinayət əlaqəsinə girərək əldə edib, qanuni sahibliyimdə olan torpaq sahəsi başqasının mülkiyyətinə keçmişdir. Lakin ən maraqlı məqam odur ki, bu qanunsuzluqlara qarşı, yəni torpaq sahəmin qanunsuz olaraq başqalarının mükiyyətinə keçməsinə qarşı apardığım haqlı mübarizə sonda öz bəhrəsini verdi. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin, Sabunçu Rayon Bələdiyyəsinin ( halbu ki, həmin sahə Bakıxanov Bələdiyəsinin inzibati ərazisidir) əlbir olaraq təşkil etdiyi mütəşəkkil dəstənin qanunsuz əməllərindən şikayətlər etmişəm və bu şikayətlərin araşdırılması nəticəsində yuxarıda adı çəkilən mütəşəkkil qrup geri çəkilməyə başladılar. Yalnız bundan sonra mübahisə olunan torpaq sahəsinin qeyri-rəsmi olsa da, əslində  faktiki mülkiyyətçisinin kim olduğu ortaya çıxdı. Bəlli oldu ki, Bakıxanov qəsəbəsi, Gürcüstan küçəsində 159 saylı yerdə ayrılmış 0.06 ha torpaq sahəsinin əsl sahibi Sabunçu rayon prokuroru Ceyhun Şirinov imiş. Hətta Ceyhun Şirinov hüquq mühafizə orqanlarına yazdığımız şikayətlərin araşdırılmasına imkan verməmiş, torpaq sahəsinin ona aid olduğunu bildirirmiş. Bundan əlavə, mübahisəli torpaq sahəsində dəfələrlə prokurorun şoferini olduğunu görmüşük. Mübahisəli torpaq sahəsinin hər hansı ilkin torpaq ayırma sənədləri olmadan bu cür qanunsuz şəkildə ələ keçirilməsindən bəlli idi ki, işin arxasında vəzifəli və nüfuzlu biri dayanıb. Çünki, adi bir vətəndaşın buna gücü çatmaz. İsmayılov Elvin sadəcə bir fiqur rolunu oynayıb. İşin əsas himayədarı Ceyhun Şirinovdur. Əgər Ceyhun Şirinov həqiqətən torpaq sahəsi istəyirdisə, qanuni şəkildə müvafiq qurumlara müraciət edərdi, artıq qanuni şəkildə ayrılmış və rəsmi olaraq kiminsə sahibliyində olan torpaq sahəsinin öz nüfuzundan istifadə etməklə ələ keçirilməsi nə onun vəzifə funksiyasına, nə də adına yaraşmır.  Belə hallara göz yuman və onunla əlbir hərəkət edən DƏDRX və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi də eyni dərəcədə bu işdə təqsirlidir. Hazırda, Ceyhun Şirinov apardığım haqlı mübarizədən çəkinərək, məni bu işdən yayındırmaq üçün hətta mənə qarşı cinayət işi açaraq ( CM-186-cı maddəsi ilə) məni qorxutmaq istəyir. Guya mən mənə məxsus olan torpaq sahəsinə daxil olarkən qıfılı qırmışam, “mövcud olmayan evi” dağıtmışam və əmlakı qəsdən məhv etməklə mülkiyyətçiyə külli miqdarda ziyan vurmuşam.Maraqlıdır, DƏDRX və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi necə olur ki, heç bir torpaq ayırma  və  tikinti aparma sənədləri olmadığı halda OLMAYAN ƏMLAKI daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmaqla çıxarışın  verilməsini necə  həyata keçirir? Qeyd etməliyik ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunduğu halda Sabunçu rayon prokuroru Ceyhun Şirinov İsmayılov Elvin Knyaz oğlunun adından (sürücüsünün qohumu) istifadə etməklə, ƏMDK yanında DƏDRX-in Bakı şəhəri Ərazi idarəsi ilə əlbir olaraq və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin əsassız qərarları ilə Konstitusiyanın 13-cü maddəsinin müddəası kobud şəkildə pozulmuşdur. Ən maraqlısı isə odur ki, respublikada  milyonlarla özbaşına tikinti olsa belə (rəsmi reyestrdən çıxarışı olmayan), bütün tikililərin ilkin hüquq müəyyən edən sənədləri, torpaq ayırma və tikintiyə dair sənədləri vardır. Qeyd etdiyim kimi, Ceyhun Şirinov isə heç bir  sənəd olmadan, 22 ildir ki, sahibliyimdə olan torpaq sahəsinə “gözü düşdüyündən” statusundan istifadə edərək həmin torpağı əlimdən almaq istəyir. Xüsusi ilə qeyd  edim ki, Ceyhun Şirinovun qanunsuz hərəkəti barəsində Baş Prokuror cənab Zakir Qaralova, Cənab Fuad Ələsgərova çoxsaylı şikayət etdikdən sonra mənim barəmdə cinayət işi açaraq mənə təzyiq göstərir. Qeyd edim ki, çox çarəsiz durumdayam, həmi torpağım saxta sənədlərlə ələ keçirilir, həm də özümü də tuturlar. Məgər bu insafdandırmı? İndidə əminəm ki, Ceyhun Şirinovun qanunsuz hərəkətlərini davam edərək Bakı Apellyasiya Məhkəməsinədə təsir edəcək. Odur ki, mətbuat vasitəsi ilə Baş Prokuror cənab Zakir Qaralova, PA Hüquq-mühafizə orqanlarla iş şöbəsinin müdiri Cənab Fuad Ələsgərova müraciət edərək Ceyhun Şirinovun qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsini  xahiş edirəm.Hazırda iş Bakı Apellyasiya Məhkəməsinin hakimi Həmid Həmidovun icraatındadır və iş məhkəmə baxışındadır. Məmmədov Eldəniz Əliş oğlu ( Şikayətçinin rəsmi nümayəndəsi)”


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler