Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Sabunçu İcra Hakimiyyeti – Yalnız bundan sonra maşınlarını götüüre bilerler…

08 Ağustos 2016

10:52 am


08/08/2016 [14:49]: xeber –
Sabunçu rayonu icra hakimiyyətinin sektor müdiri Məhəmməd Əsədov sayt-la əlaqə saxlayaraq saytda rayonun icra hakimiyyəti ilə bir qrup sahibkar arasında problem yaranması ilə bağlı gedən “Bir qrup sahibkar PA qarşısında etiraz aksiyası keçirəcək” başlıqlı yazıya (moderator.az/news/147142.html ) münasibət bildirib:“Həmin sürücülər Bakının müxətlif rayonlarındakı söküntülərdən götürdükləri zibilləri Zabrat – Maştağa yolunun sol tərəfində DİN avtodayanacağının arxa hissəsinə boşaldıblar. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq sürücülər həmin söküntüləri gətirib həmin yerə tökməkdə davam ediblər. Buna görə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və polis bölməsinin əməkdaşları ilə birlikdə gecə vaxtı reyd təşkil edilib və nəticədə 8 avtomaşın saxlanılaraq dayanacağa yerləşdirilib. Sürücülər qarşısında da belə bir tələb qoyulub ki, gəlib həmin zibilləri oradan götürsünlər, yalnız bundan sonra öz avtomaşınlarının buraxılmasına icazə veriləcək. Onlar başqa maşınla gəlib həmin zibilləri oradan götürdükdən sonra öz maşınları veriləcək. Həmin maşınlarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi akt da tərtib edib”. sayt-ın əməkdaşı icra hakimiyyəti rəsmisindən “Niyə öz maşınları ilə həmin zibili tökdükləri yerdən yığıb aparmaları üçün imkan yaratmırsınız, həmin sürücülər başqa maşın tapıb pul ödəməyə imkanları olmadıqlarını deyirlər” fikri ilə razılaşmayan icra rəsmisi deyir ki, araşdırıblar və həmin adamların başqa maşınları da var və əgər problemin həllini istəyirlərsə tezliklə həmin zibili oradan görtürə bilərlər. Sadəcə bunu etməyib ora-bura şikayət etməklə tələbdən boyun qaçırmaq yolu tutublar…


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler