Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Sabir Rüstemxanlı Ayaz Mütellibovu tedbire devet etmeyen “istiqlalçı deputatlar”ı QINADI

01 Kasım 2016

2:56 pm


01/11/2016 [18:55]: xeber –
Bu il dövlət müstəqilliyinin 25-ci ildönümü ilə bağlı ölkənin müxtəlif yerlərində tədbirlər keçirildi. Hətta,  “istiqlalçı deputatlar”ın çoxu bir araya gələrək müstəqilliyin işığına toplaşdılar. Bir məqam isə xüsusi diqqət çəkirdi. Azərbaycanın eks-prezidenti, Müstəqillik Aktını imzalayan Ayaz Mütəllibov heç bir tədbirə dəvət olunmamışdı.Eks prezident bununla barışmasa da, qarşı tərəfin  öz işi olduğunu deyib.Xalq şairi, keçmiş deputat Sabir Rüstəmxanlı  məsələyə münasibət bildirib.“Hər halda, Ayaz Mütəllibov ilk prezident olub və onun eks-prezident statusu var. Müstəqilliklə bağlı tədbirlərə dəvət olunması, ölkədə vətəndaş həmrəyliyinin və  arada münasibətlərin normallaşması kimi proseslərdəki iştirakının ziyanı olmaz. Hesab edirəm ki, protokol qaydası olaraq hər il bu cür adamlar dəvət olunmalıdır. Həm ilk parlamentdə iştirak edən adamlar, həm də Müstəqillik Aktına imza atanlar, bir çox tədbirlərə dəvət olunmalıdır. Bir də görürsüz ki, əhəmiyyətli tədbirlərə elə adamlar dəvət olunur ki, heç nədən xəbərləri yoxdur. Hesab edirəm ki, müəyyən iş təcrübəsi və dünya ilə əlaqəsi olan adamların yaşına baxmadan onlardan məsləhət də almaq olar ki, respublikaya xeyri dəysin. Bəzi idarələrdə o qədər təcrübəsiz adamlar var ki, danışıqları mədhiyyəçilikdən o tərəfə keçmir. Belə  adamların vəzifədə qərar tutması ölkənin gələcəyinə də zərər vurmuş olur. Sabah bu ölkəni bu cür adamlar idarə edəcək?!” Sabir Rüstəmxanlı, “istiqlalçı deputatlar”ın təşkil etdiyi tədbirə Ayaz Mütəllibovun dəvət edilməməsini  qınayıb. “Məsələ burasındadır ki, xarakterimizdə iqtidar-müxalifət barışmazlığı, günahı başqasında axtarmaq var. Nə olar ki, bunlar eyni məclisdə yan-yana otursalar?! Bunu bir dəfə Bakıda keçirilən Avropa Oyunları zamanı stadionda gördüm. Hamı yan-yana əyləşmişdi. Dünya da dağılmadı. Nə qədər ki, bir-birlərinə qarşı barışmaz mövqe ortaya qoyacaqlar, bir araya gəlmələrini də həzm etməyəcəklər”.Xalq şairi özünün də bir çox tədbirlərə özünün dəvət olunmamasına aydınlıq gətirib. “Əslində, tədbirləri özüm təşkil edirəm və özüm də qonaqları dəvət edirəm. Kiminsə dəvətinə ehtiyacım yoxdur. Bu ilki müstəqillik ərəfəsində ölkədə deyildim. Türkiyədə tədbirlər həyata keçirirdik. Elə müstəqillik günü ilə də bağlı orada xeyli tədbirlər keçirdik. O ilkləri ki, biz yaratmışıq, bizim adımızla bağlıdır, kiminsə keçirdiyi tədbirə dəvət gözləmirik.  “Kimsə tədbirə dəvət edəcək, ya da etməyəcək” tipli sözlərə həyəcanla  cavab gözləmirik. Mənim dəvət gözləyəcək, ya da “dəvət etməyiblər” deyə küsəcək vaxtım deyil. Sabir Rüstəmxanlı, bir çox tədbirlərə dəvət edilən adamların düzgün seçilmədiyini də vurğulayıb. “Tutaq ki, mədəniyyətlə bağlı tədbirlər keçirilir. Amma ora mədəniyyətlə əlaqəsi olmayanlar çağrılır. Yazıçıların yubileyləri keçirilir, ədəbiyyatdan xəbəri olmayan adamlar dəvət olunur. Təbii ki, bunlar anormal hallardır. Belə şeyləri qısqanmağa vaxtım yoxdur. Çünki bu cür tədbirlərə əsası olmayan adamları dəvət etməyin yanlış olduğunu onlar özləri düşünsünlər”.(Modern.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler