Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Sabiq nazirden sabiq deputata cavab – Naxçıvana göre 

03 Ekim 2016

12:56 pm


03/10/2016 [16:53]: xeber –
 Sabiq deputat, iqtisadçı Nazim Bəydəmirli bu günlərdə 2017-ci ilin dövlət büdcəsini şərh edib. Ekspert gələn il üçün nəzərdə tutulmuş dövlət büdcəsində adambaşına düşən vəsaitin bölgələr üzrə də təsnifatını verib. Bununla bağlı feysbuk səhifəsində belə yazıb: “2017-ci ilin Dövlət büdcəsinin adambaşına bölgüsündə Gədəbəy sakinləri 48 manat, Tovuz sakinləri 86 manat…..Naxçıvan sakinləri isə 813 manatla müvafiq yerlərdə qərarlaşıblar…. P.S. Gədəbəy Naxçıvana birləşdirilsin…”Keçmiş deputat Nazim Bəydəmirlinin bu müqayisəsi cəmiyyətdə birmənalı qarşılanmayıb və müzakirə mövzusuna çevrilib. sayt keçmiş maliyyə naziri, iqtisadçı Fikrət Yusifovla Nazim Bəydəmirlinin səsləndirdiyi rəqəmlərə aydınlıq gətirməyə çalışıb. Sabiq nazir Fikrət Yusifovun sualımıza cavabı belə olub: “Sorğunuza cavab olaraq bildirirəm ki, Naxçıvanın büdcə göstəriciləri ilə başqa bölgələrin büdcə göstəricilərini bu qaydada müqayisə etməyin heç bir əsası ola bilməz. Bəzi adamlar Sovet psixologiyası ilə yaşayıb, başa düşmək istəmirlər ki, müasir dövrün tələbləri dəyişir. İndi xərcləmək üçün öncə qazanmaq lazımdır. Blokada şəraitində yaşamasına baxmayaraq Naxçıvan öz iqtisadiyyatında son on ildə inqilabi dəyişikliklər etməyə nail olub. Belə müqayisə aparanlar Naxçıvanda bu gün adambaşına istehsal olunan Ümumi Daxili Məhsulun (ÜDM) həcmini də müqayisə aparmaq istədikləri rayonların ərazisində  adambaşına istehsal olunan ÜDM göstəricisi ilə yanaşı qoyub bunun fərqində olmağa çalışsınlar.Büdcənin xərclərini müqayisə edənlər isə bir baxsınlar ki, Naxçıvanda adambaşına nə qədər yerli vergi yığılır, Gədəbəydə və başqa bölgələrdə bu göstərici hansı səviyyədədir? Bu gün Naxçıvanda adambaşına 156,4 manat, Gədəbəydə isə 8,8 min manat yerli vergi yığılır. Yəni Naxçıvanda Gədəbəydəkindən 17,7 dəfə çox yerli vergi yığılır və bu 1770 % fərq deməkdir.Son zamanlar ölkə Prezidenti yerli hakimiyyət orqanlarının rəhbərlərinin qarşısına yerlərdə iqtisadiyyatı inkişaf etdirməklə bağlı konkret vəzifələr qoyub. Bundan sonra onların fəaliyyətinə investisiyalar cəlb edib iqtisadiyyatı inkişaf etdirməklə yerli büdcələri mərkəzdən aldıqları dotasiyadan çıxarmaq kimi vəzifələrin icrasından asılı olaraq qiymət veriləcəkdir.  Naxçıvan iqtisadiyyatı durmadan inkişaf edir.  2015-ci ildə Muxtar Respublikanın 56 xarici ölkə ilə ticarət əlaqələri olub və il ərzində xarici dövlətlərlə 512,4 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatları aparılıb, daha doğrusu bu müddət ərzində 414, 4 milyon min ABŞ dolları dəyərində mal ixrac olunub, 97,9 milyon ABŞ dolları dəyərində mal isə idxal edilib. İdxal-ixrac əməliyyatları üzrə müsbət saldo 316,5 milyon ABŞ dolları təşkil edib. Müqayisə aparanlar bu göstəriciləri də müqayisə etsələr pis olmaz!”


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler