Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Sabiq müdafie nazirinden deptutatlara destek ve yeni teklif

15 Ekim 2016

11:52 am


15/10/2016 [15:51]: xeber –
Milli Məclisin dünən keçirilən iclasında şəhid
ailələri haqqında dəyişikliklərlə bağlı qanun layihəsinin müzakirəsi zamanı bir
sıra deputatlar şəhid ailələrinə verilən birdəfəlik müavinətin (10 min manat)
az olduğunu bildiriblər. Onlar şəhid müavinətinin 100 min manata qaldırılmasını təklif edib.

 

sayt deputatların təklifi  ilə bağlı keçmiş müdafiə naziri Tacəddin
Mehdiyevin mövqeyini öyrənib.

 

Tacəddin Mehdiyev bildirib ki, bir neçə il
qabaq o da şəhid müavinətinin artırılması ilə bağlı təkliflərlə çıxış edib: “Mən
o təkilfləri səsləndirərkən də qeyd etmişdim ki, Rusiyada döyüş şəraitində ölən
əsgərlər üçün müavinət 30 min dollara yaxındır. Zabitlər üçün isə bu məbləğ
onun aldığı məvacibin 400 qat miqdarında idi. Bizdə də şəhid müavinətinin
qaldırılmasına ehtiyac var, belə təklifləri ancaq alqışlaya bilərəm. Döyüşən
insanlara böyük qiymət verilməli, xüsusi dövlət qayğısı göstərilməlidir. Başqa
insanlar görməlidir ki, o Vətən uğrunda döyüşsə, şəhid olsa ailəsi heç bir
çətinlik çəkməyəcək, problemlə üzləşməyəcək”.

 

Tacəddin Mehdiyev deyib ki, qanuna şəhid
müavinətlərinin ciddi şəkildə artırılması ilə bağlı dəyişikliklər edilsə, bu,
mütləq indiyədək bütün şəhid olmuş şəxslərə aid edilməlidir: “Əvvəllər
zabitlərin ev kirayəsinin 50 faizi verilirdi, telefon, işıq, su pulu ödənilirdi,
sonradan bunların hamısı ləğv olundu. Mənə elə gəlir ki, döyüşən insanlar üçün
bu imtiyazlar ləğv olunmamalıdır. Əksinə bu imtiyazlar onların ailəsi üçün
olmalıdır”. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler