Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Sabiq MTN şefi terefinden işgenceye meruz qalan baş çavuş Vasif Talıbova -Teşekkür etdi

17 Ağustos 2016

10:20 am


17/08/2016 [14:18]: xeber –
Ötən aylarda Naxçıvan MR sakini, Şahbuz rayonu N saylı hərbi hissəsənin də minaatan batareyasının baş çavuşu olmuş Ağasiyev Nizami Rəsul oğlunun Naxçıvan MR-in keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov tərəfindən işgəncəyə məruz qaldığı haqda məlumat vermişdik.Bu gün sayt-a gizir Nizami Ağasıyevin ailəsi adından Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova ünvanlanmış təşəkkür məktubu daxil olub. Məktubu olduğu kimi təqdim edirik: “Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik naziri Vəli Ələsgərovun qanunsuz hərəkətləri nəticəsində saxlanılan, işgəncələrə məruz qoyulan, Azərbaycan Ordusunun sıralarından təhqir edilərək qovulan, göstərdiyi cəsarət və igidliklərə görə şəxsən mərhum Heydər Əliyev tərəfindən dörd dəfə medallarla təltif edilən  kəşfiyyatçı, gizir  Nizami Ağasıyevin hüquqlarının bərpa edilərək Ordu sıralarına qaytarılmasında sərgilədiyi dövlətçilik mövqeyinə görə Naxçıvan MR Ali Məclisinin sədri cənab Vasif Talıbova ailəmiz adından minnətdarlığımızı bildiririk.İmzalar: Nizami Ağasıyev, anası Zərintac xanım və N.Ağasıyevin nümayəndəsi Qurban Məmmədov”Qeyd edək ki, V.Ələsgərovun nazirliyi dönəmində Naxçıvan MTN-in əməkdaşları tərəfindən həbs olunan N.Ağasıyev İŞİD-ə məlumat ötürməkdə ittiham edilərək, idarədə ağır işgəncələrə məruz qalıb. Sonradan məlum olmuşdu ki, əslində, Nizami Ağasiyev MTN-ə tamamilə başqa səbəblərdən aparılıb və “İŞİD-lə əməkdaşlıq”da ittiham olunması naməlum bir qadının müraciəti əsasında quraşdırılıb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler