Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Sabiq MTN-çiler xarici ölke vetendaşlarına da “atıb” – Eldar Mahmudov kabusu…

09 Kasım 2016

9:04 am


09/11/2016 [13:00]: xeber –
Ləğv edilən MTN və onun sabiq rəhbərləri ilə bağlı sayt-a maraqlı informasiya daxil olub. Mənbənin sözlərinə görə, Eldar Mahmudovun rəhbərlik etdiyi cinayətkar şəbəkə yalnız Azərbaycan vətəndaşlarının deyil, ölkəmizdəki bəzi xarici ölkə vətəndaşlarının da pul və əmlakına əl qoyub. Daha çox siyasi bağlılığı olmayan müstəqil iş adamlarına, ayrı-ayrı biznesmenlərə qarşı hücumlar təşkil edən MTN-çilər qondarma fakt və iddialarla onları istintaqa cəlb edib, bu şəxslərə məxsus daşınmaz əmlak və ya konkret məbləğ qarşılığında həmin şəxsləri azad edib. Bilgili qaynağın sözlərinə görə, əmlakına əl qoyulan əcnəbilər arasında İran vətəndaşları daha çox üstünlük təşkil edib. Hansı ki, biznes fəaliyyətləri MTN tərəfindən nöqtələnən bu şəxslərin bir çoxu başlarına gətirilən bu oyundan sonra ölkəni tərk edib.Mənbənin məlumatına görə, E.Mahmudovun nazir olduğu dönəmdə onlarla əcnəbi iş adamı məhz bu səbəbdən Azərbaycandan qaçaq düşüb, ölkəmizdəki biznes fəaliyyətini dayandırmalı olub ki, bu da bəzi iş yerlərinin bağlanmasına, habelə ölkəmizin beynəlxalq imicinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb olub. Ardı var…


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler