Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Sabiq generalların vezifedeki qohumları işden qovulmalıdırmı?

20 Ekim 2016

12:04 pm


20/10/2016 [16:02]: xeber –
Son günlər ölkə mətbuatında ən çox müzakirə olunan məsələlərdən biri
sabiq MTN generallarının hazırda müxtəlif vəzifələrdə təmsil olunan
qohumlarının işdən uzaqlaşdırılması zərurətidir. Maraqlıdır, sabiq generalların
vəzifədəki qohumları işdən qovulmalıdırmı? Doğrudanmı Eldar Mahmudovla, Akif
Çovdarovla və digərləri ilə qohum olmaq məsuliyyət yaradır?

sayt-a açıqlama verən tanınmış hüquqşünas Əyyub Kərimov bu
cür yanaşmanın yanlış və qeyri-qanuni olduğunu bildirib:

“Sabiq MTN generallarına qohum olmaq işdən qovulmaq üçün əsas deyil və
əsas sayıla bilməz. Biz 37-ci ildə yaşamırıq ki, kiminsə xalq düşməninin qohumu
olması üçün ona qarşı hansıa cəza xarakterli addımlar ataq. Biz 2016-cı ildə
yaşayırıq. Əgər MTN generallarının hansısa qohumunun onlarla cinayət əlaqəsi
varsa, olubsa, bu, tamam başqa məsələ. Ancaq kiminsə Çovdarovun, Eldar
Mahmudovun qohumudur deyə vəzifədən kənarlaşdırılması düzgün deyil. Harda yazılıb
ki, qohum olmaq məsuliyyət yaradır? Belə bir şey yoxdur. Qohum olmağı insan özü
seçmir. Odur ki, kiminsə qohumuna görə cəzalandırılması, işdən qovulması, məsuliyytə
cəlb edilməsi yolverilməzdir”

 

Seymur Əliyev

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler