Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Sabiq generala ömürlük hebs cezası verildi…

25 Temmuz 2016

4:40 pm


25/07/2016 [20:38]: xeber –
Çin Hərbi Məhkəməsi iyulun 25-də Mərkəzi Hərbi Şura sədrinin sabiq müavini Qo Bosyuna ömürlük həbs cəzası kəsib. Qo Bosyun yüksək məbləğdə rüşvət almaqda təqsirli bilinib.Qo Bosyun bütün siyasi hüquqlarından və general-polkovnik hərbi rütbəsindən məhrum olunub. Onun şəxsi aktivləri, qanunsuz yolla əldə etdiyi bütün pul vəsaitləri müsadirə olunaraq dövlətə verilib.2015-ci ildə hakim Kommunist Partiyasından uzaqlaşdırılan sabiq general-polkovnikin işini araşdıran hərbi prokurorluq Qo Bosyunun 12,3 milyon dollar rüşvət aldığını müəyyən edib. İttihama görə, Qo Bosyun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bəzi şəxsləri xidmətdə irəli çəkmək üçün yüksək məbləğdə rüşvət alıb. Qo Bosyunun öz günahını etiraf etdiyi deyilir.(Novator.az)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler