Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Sabiq deputat qezeblendi – “Azerbaycanlı qızları çaşdırmayın” 

31 Temmuz 2016

3:16 pm


31/07/2016 [19:14]: xeber –
Azərbaycanlı fotoqraf Sitarə İbrahimovanın qadınların problemlərinə həsr etdiyi Reflektor (Nikah gecəsi) “bakirəlik testi” layihəsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. BBC-nin Azərbaycan xidmətinin xəbərinə görə, daha öncə də selektiv abortlar, erkən nigahlar kimi mövzulara toxunan fotoqraf bu məsələ barədə regionlarda yaşayan insanlardan eşitdiyini deyir:”Naxçıvan və digər rayonlarda yaşayanlardan eşitdim ki, himenoplastika ilə əlaqədar toy gecəsi oğlanlar qızlara dəfələrlə oturub-durmağı tələb edərək, belə bir test etdirir”.O, izah edir ki, bu testi bəzi kişilər qadının bakirəliyinin himenoplastika ilə bərpa edilib-edilmədiyini yoxlamaq üçün aparırlar.Sitarə İbrahimova bu layihədə özü qadınların üzləşdiyi bu problemi göstərmək üçün həmin obrazda çıxış edib.BBC-nin bakirəliyin bərpası ilə bağlı hazırladığı araşdırma isə ciddi müzakirələrə səbəb olub. Sabiq deputat Gülər Əhmədova da sosial şəbəkədə bu materialın linkini paylaşaraq, öz etirazını belə ifadə edib: “BBC, nəyi təbliğ edirsiniz? Sitarə İbrahimova səhv edir, azərbaycanlı qızları çaşdırmayın! Elm!!! Sübut edir ki, bakirəlik sağlam nəsil doğmaq üçün vacibdir. Bəsdir, bu cavanları aldatdınız!! Bədbəxt etdiniz!! Avropada bunu hamı bilir”. /musavat.com/


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler