Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Sabahdan hava serinleşir

14 Ağustos 2016

9:24 am


14/08/2016 [13:21]: xeber –
Sabah Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 23-27 dərəcə isti, gündüz 29-34 dərəcə isti, Bakıda gecə  24-26 dərəcə isti, gündüz  30-32 dərəcə isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 755 mm  civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 25-45 % təşkil edəcək.        Abşeron çimərliklərində dəniz suyunun temperaturunun  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda  28-29 dərəcə isti olacağı gözlənilir. Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz 33-38 dərəcə isti, dağlarda gecə 15-20 dərəcə isti, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler