Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Sabaha olan hava proqnozu açıqlandı

06 Kasım 2016

9:48 am


06/11/2016 [13:44]: xeber –
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.Mülayim cənub küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə  9-11° isti, gündüz  13-16° isti, Bakıda gecə  9-11° isti, gündüz  14-16° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 768 mm civə sütununa enləcək.  Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % təşkil edəcək.Azərbaycanın rayonlarına gəlincə, sabah əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında isə yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz  9-14° isti olacağı gözlənilir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler