Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Sabah Saday Şekerlinin mehkemesidir

02 Ağustos 2016

8:16 am


02/08/2016 [12:15]: xeber –
Sabah tanınmış şair Saday
Şəkərlinin işi üzrə Apellyasiya Məhkəməsi keçiriləcək. Bu barədə sayt-ı
Saday Şəkərlinin hüquqlarını Müdafiə Komitəsinin sədri Eldəniz Quliyev məlumatlandırıb.
Saat 10:40-da baş tutacaq məhkəmə prosesində S.Şəkərlinin şikayətinə baxılacaq.

Xatırladaq
ki, rəsmi məlumata görə, Bakı şəhər sakini Saday Şəkərovun (Saday Şəkərli)
külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi
haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan,
uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb
etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan
faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu
ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb, məhkəmənin qərarı ilə 10 il
müddətinə azadlıqdan məhrum edilib.

Qeyd
edək ki, S.Şəkərli Yazıçılar Birliyinin üzvüdür.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler