Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Sabah qar yağacaq – Xeberdarlıq

27 Eylül 2016

9:20 am


27/09/2016 [13:19]: xeber –
Hava şəraitinin kəskin dəyişəcəyi barədə əhaliyə xəbərdarlıq olunub.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  daxil olan məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 28-dən 29-u gündüzədək arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, sentaybrın 29-da şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir.Azərbaycanın rayonlarında sentyabrın 28-dən oktyabrın 02-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler