Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Sabah NATO-nun baş katibi Gürcüstana sefer edecek

06 Eylül 2016

7:36 pm


06/09/2016 [23:35]: xeber –
Sentyabrın 7-də NATO-nun baş katibinin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər edəcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, NATO-nun baş katibi Yens Stoltenberq səfər çərçivəsində Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ilə görüşəcək. Sonra tərəflər sentyabrın 7-8-də keçiriləcək NATO-Gürcüstan sessiyasının açılışına qatılacaqlar. NATO-nun baş katibinin səfər çərçivəsində Gürcüstan prezidenti Georgi Marqvelaşvili, parlamentin sədri David Usupaşvili və parlament üzvləri, müdafiə naziri Levan İzoria, xarici işlər naziri Mixail Canelidze, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları və media ilə görüşü gözlənilir. Səfər çərçivəsində NATO-nun baş katibi sentyabrın 8-də Milli Kitabxanada tələbələr qarşısında çıxış edəcək.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler