Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Sabah intihar etmeyi düşünürdüm, amma her şey artıq ferqlidir”

14 Ağustos 2016

8:56 am


14/08/2016 [12:54]: xeber –
Ətrafımızdakı insanlara hər zaman onların çox önəmli olduqlarını söyləmək bəzən onların, bizim həyatımızda o qədər çox şeyləri dəyişdirə bilr ki… Sadə bir kəlimənin bəzən o qədər böyük bir gücü olur ki… amma bir çoxlarımız bunun fəqrində deyilik… Nyu-Yorkda yaşayan bir müəllim liseyin son sinif şagirdlərinin digər insanlardan fərqli olan özəlliklərini vurğulayaraq qiymət-ləndirmək qərarını vermişdi. Hər bir şagirdi bir-bir yazı taxtasına qaldırdı. İlk öncə şagirdlərə sinif və özü üçün nə qədər fərqli olduqlarını bildirdi. Sonra hər birinə üzərində qızıl hərflərlə “Siz çox önəmlisiniz” yazılı bir mavi lent verdi. Daha sonra qəbul görmənin toplum üzərində hansı təsirləri olacağını anlaya bilmək məqsədilə sinfinə bir layihə hazırlamağı tapşırdı. Hər bir şagirdinə daha üç dənə lent verdi, onlardan bu mərasimi əyani şəkildə davam etdirmələrini istədi. Şagirdlər daha sonra nəticələri izləyəcək, kimin kimi şərəfləndirdiyini təsbit edəcək, bir həftə boyunca sinfə bilgi verəcəklərdi. Uşaqlardan biri gələcəkdəki karyera çalışmaları üçün ona yardımçı olduğundan yaxınlıqdakı bir şirkətin üst səviyyəli vəzifəlisini şərəfləndirmişdi. Adamın yaxasına mavi lenti taxmışdı. Daha sonra iki dənə də lent vermiş və “Sinifdə bu mövzuda bir layihəmiz var. Sizdən şərəfləndiməyiniz üçün birini tapmağınızı istəyirik. Şərəfləndirdiyiniz insanlara ekstra lent də verin. Beləliklə, onlar da bu layihənin davam etməsi üçün başqalarını da tapa bilərlər. Daha sonra lütfən, mənə nəticələri ilə bağlı bilgi verin…” O gün üst səviyyə idarəçisi üzsüz biri olaraq bilinən müdirinin yanına getməyə qərar verdi. Müdirinin otağına daxil oldu və müdirinə yaradıcı bir dahi olduğundan onu təqdir etdiyini söylədi. Müdir heyrət içində idi. Müdirinə yaxasına mavi lenti taxması üçün iznini istədi. Təəccüblənən müdir “Təbii ki..!” cavabını verdi. Üst səviyyə idarəçi mavi lenti müdirinin tam ürəyinin üstündən, pencəyinə taxdı. Ekstra lenti verərkən “Mənə bir yaxşılıq edə bilərsinizmi? Siz də bu lenti şərəfləndirmək istədiyiniz birinə verə bilərsinizmi? Bunu mənə bir uşaq məktəbdə bir layihə etdiklərini söylədi. Bu qəbul görmə mərasiminin davam etməsi lazımdır. Beləliklə, insanlara necə təsir etdiklərini müəyyən edəcəkdilər.” O gecə müdir evinə gəlib, on dörd yaşındakı oğlunu yanına oturtdu. “Bu gün mənlə inanılmaz bir şey oldu. Ofisdə idim, üst səviyyə idarəçilərdən biri içəri daxil oldu. Mənə heyran olduğunu söylədi və yaradıcı bir dahi olduğum üçün bu lenti yaxama taxdı. Bir xəyal etməyə çalış. Mənim yaradıcı bir dahi olduğumu düşünür. “Siz çox önəmlisiniz” yazılı bir lenti tam köksümün üzərinə taxdı. Mənə ekstra bir lent də verdi və şərəfləndirə biləcək başqa birini tapmağımı istədi. Maşınla evə gələrkən bu mavi lent ilə kimi şərəfləndirə biləcəyimi düşündüm və ağlıma sən gəldin. Mən səni şərəfləndirmək istəyirəm. Günlərim hədsiz yorucu keçir. Evə gəl-diyimdə sənə yetərincə diqqət göstərə bilmirəm. Bəzən dərslərdən aldığı qiymətləri bəyənməyib və ya otağını yığışdırmadığını gör-düyümdə, sənin üstünə qışqırıb-bağırıram. Halbuki bu gecə səni yanımda oturdub sənə mənim üçün nə qədər fərqli, dəyərli oldu-ğunu söyləmək istədim. Anan kimi sən də mənim həyatımdakı ən önəmli insansan. Sən mükəmməl bir uşaqsan. Səni sevirəm!” Heyrət içində olan uşaq ağlamağa başlamışdı. Bütün vücudu titrəyirdi, başını qaldırdı, gözləri yaş içində atasına baxdı və “Sabah intihar etməyi düşünürdüm. Ata, mən sənin məni sevmədiyini düşü-nürdüm… amma hər şey artıq fərqlidir”, dedi.P.S. Məktəblərimizdə şagirdlər arasında bu cür layihələrin keçirilməsinə, məhz onların bu cür məsələlərdə təşəbbüsçü kimi çıxış etməsinə o qədər böyük ehtiyac var ki… Çünki məhz məktəb yaşlarında gələcəyimiz olan uşaqların duyğu və düşüncələri, şəxsiyyəti ciddi şəkildə formalaşır. Unutmamalıyıq ki, sadəcə bircə söz bəzən bir insanın həyatını dəyişə, xilas edə bilər…Qənirə Paşayeva, millət vəkili


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler