Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Sabah hava isti olacaq…

01 Ekim 2016

9:08 am


01/10/2016 [13:05]: xeber –
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  daxil olan məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 20-23, Bakıda gecə 14-16, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında isə sabah əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17, gündüz 20-25, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacaq.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler