Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Sabah Güneş tutulacaq – Şok hesablamalar

31 Ağustos 2016

9:56 am


31/08/2016 [13:55]: xeber –
”Məgər göylərdə və yerdə olanların Günəşin, Ayın və ulduzların, dağların, ağacların və heyvanların (hamısının), insanların isə bir çoxunun Allaha səcdə etdiyini görmürsənmi ?” “Quran”, “Həcc”surəsi, 18 Sabah – 1 sentyabr 2016-cı il tarixdə Bakı vaxtı ilə saat 11:00-dan 16:00-a qədər Günəş tutulması baş verəcək. Bu astronomik hadisənin bəzi maraqlı məqamlarını diqqətinizə çatdırmaq istəyirik. Qeyd edək ki, elmi-ladun üsulu ilə son 16 ildə baş verən bütün Günəş və Ay tutulmalarının monitorinqini apardıq. Əldə etdiyimiz nəticələr astronomları və fizikləri heyrətə saldı (monitorinqin nəticələri barədə bir neçə məqalə və kitab yazıb, çap etdirmişik). Belə ki, bütün Günəş və Ay tutulmalarının bir-biri ilə “Quran”ın səhifələrinin üç misli olan 858 (!) ədədi ilə bağlandığı sübut olundu.Əvvəlcə onu qeyd edək ki, “Quran”ın orijinalı 286 səhifədən ibarətdir. Yəni, XVIII əsrə qədər (ərəb ölkələrində İslama baxış dəyişənə qədər) çap olunan və Kəbədə, eləcə də dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılan bütün “Quran” kitabları 286 səhifəyə yerləşdirilib.Araşdırmalarımız göstərir ki, bu, təsadüf olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Bu qanunauyğunluq isə, özünü aşağıdakı hikmətlərdə biruzə verir: 1) “Quran”da təsbit olunmuş İslamın iki böyük bayramı Qurban və Ramazan bayramları arasında qalan günlərin sayı bir qayda olaraq, (Qurban bayramından sayılmaqla) 286 gündür.2) İnsan ana bətnində 286 günə yaranır. Belə ki, cütlüklər görüşəndən sonra, toxumun ana bətninə çatması 6 gün + bətndə normal inkşaf 280 gün = 286 gün. Deməli, uşaq ana bətnində “Quran”ın hər səhifəsinə bir gün hesabı ilə qalır.3) İnsanlar Günəş və Ay (Qəməri) təqvimindən istifadə etməklə, ildə iki dəfə təqvim dəyişməsini qeyd edirlər: 21 martda və 31 dekabrda. Bu iki bayram arasında qalan günlərin sayı da (Novruz bayramından sayılmaqla) bir qayda olaraq 286 gündür.4) Quranın 2-ci surəsi olan “İnək” surəsinin də 286 ayədən ibarət olması təsadüfi deyildir. Belə ki, inəyin 286 sümüyün birləşməsindən yaranmasını artıq elm təsdiq etmişdir.“Quran”ın əsas mahiyyəti günahlara görə insanın TÖVBƏ etməsidir ki, bu da üç dəfə deyilir. Bunu riyazi dilə çevirsək: 286; 286; 286 (müqəddəs kitaba and içəndə də üç dəfə təkrarlanır). Bunları topladıqda isə, 858 ədədi alınır:286 + 286 + 286 = 858Bu və digər hesablamalarımız sübut edir ki, 286 ədədi Allahın kodlaşdırılmış möhürü olaraq bütün elmlərin və böyük hadisələrin üzərinə “vurulmuşdur”. O cümlədən astronomik hadisələrin də üzərində 286 ədədinin üç misli olan 858 ədədini görmək üçün tərtib etdiyimiz aşağıdakı cədvələ diqqət etməyiniz kifayətdir:Cədvəldən göründüyü kimi, Günəş tutulmaları təsadüfü baş verməyib, xüsusi bir qanunauyğunluğa tabedir. Bu qanunauyğunluğun “Quran”ın koduna bağlanması isə, bütün elmlər kimi, astronomiya elminin də “Quran”ın bir qolu olduğunu sübut edir. (Ay tutulmaları da 858 günün tamamında təkrar baş verir.) Yuxarıdakı cədvəldən o da məlum olur ki, sabahkı Günəş tutulması 29 aprel 2014-cü il tarixdə baş verən Günəş tutulmasının 858-ci (!) günüdür. Sabahkı Günəş tutulmasında (eləcə də bütün Günəş tutulmalarında) diqqət çəkən digər məqam onun 29 ədədi altında baş verməsidir. Elmi-lədun araşdırmalarımız göstərir ki, Günəş tutulmaları bir qayda olaraq Hicri-Qəməri təqvimi ilə ayın 29-da baş verir. Bu ədədin mənasını şərh etməzdən öncə, tərtib etdiyimiz cədvəli diqqətinizə çatdırırıq:Cədvəldən görünür ki, Günəş tutulmaları bir qayda olaraq ayın 29-da baş verir (sabah da Zilqədə ayının 29-dur). Bunun mənasını anlamaq üçün 29 ədədinin hikmətinə nəzər salaq. Əvvəlcə qeyd edək ki, 29 ədədi Yer əhlinə  yəni insanlara işarədir. Çünkü, yerin insan yaşayan quru hissəsi 29 %-dir (yeri gəlmişkən, bu hikmət insanın anatomik quruluşunda da özünü büruzə verir. Belə ki, insan anatomiyasında mövcud olan su ilə bərk cisim 29-un 71-ə nisbətindədir).“Quran”ın 29-cu surəsi isə, “Hörümçək” adlanır və şər qüvvələrə, bugünkü mafiya və monopoliyalara işarədir. Bildiyimiz kimi, bu gün Yer kürəsinin 29 %-də yaşayan insanlar şər qüvvələrin, mafiyaların qurduqları hörümçək torunda çabalamaqdadırlar. Qurani-Kərimdə Günəş tutulması qiyamətin əlaməti olaraq qeyd edilir. XXI əsrdə bu əlamətin (tutulmanın) 29 ədədi altında baş verməsi, artıq Yer əhlinə xəbərdarlıq kimi qəbul edilməlidir. Sübut üçün bildirim ki, 29-cu surə 69 ayədən ibarətdir. 69 ədədi isə “Haqq olan qiyamət” surəsinin sıra nömrəsi olduğundan, “Quran”da qiyamət rəmzi sayılır. Həqqi yəqinlik hasil olması üçün daha bir dəlil gətirim ki, 29-cu ayə “Quran”da 69 dəfə keçir. (Yəni, müqəddəs kitabın cəmi altmış doqquz surəsində 29-cu ayə var. Qalan surələrdə ayələrin sayı 29-dan azdır).Bütün bunlar onu göstərir ki, qiyamətin əlaməti olan Günəş tutulmaları riyazi yolla “Haqq olan qiyamət” (69) surəsi ilə əlaqələnir. Bu əlamətlər  qiyamətin yaxınlaşması (XXI əsrdə olması) haqqında insanlara xəbərdarlıq olmaqla yanaşı, həm də bu müqəddəs kitabın düzülüşünün (nömrələnməsinin) Allahın iradəsi altında baş verdiyini təsdiqləyir.29 x 69 = 2001Göründüyü kimi, bu hikmətli ədədlərin hasili XXI əsrin başlanğıcını göstərir. Yəni, dünyanı əhatə edən və bəşəriyyəti istismar edən mafiya və monopoliyaların dağılması Allahın iradəsi ilə XXI əsrdə baş verəcəkdir.“And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. Quran, “Məryəm” surəsi, 94.Cədvəldə diqqət cəkən digər məqam ondan iba-rətdir ki, hər bir Günəş tutulması 355 günün tamamında yenidən baş verir. Bu da Ay təqvimi ilə tam bir il deməkdir.Maraqlıdır ki, bu hal dörd il dalbadal davam edir. Məsələn, 2004-2005-2006-2007-ci illərin Şaban ayının 29-da Günəş tutulub (bax: yuxarıdakı cədvələ). Bütün bunlar bir daha onu göstərir ki, astronomik hadisələr təsadüfü deyil, xüsusi bir qanunauyğunluqla baş verir. Burada sual yaranır ki, bu hal niyə məhz dörd dəfə təkrarlanır?Cavab olaraq qeyd edim ki, kainatın dörd cəhəti, təbiətin dörd fəsli var, həmçinin insan dörd ünsürdən (torpaq, su, hava, ruh) yaranıb. Eləcə də, elm və ədəb mənbəyi olan “Quran”, dördüncü səmavi kitabdır. Deməli, Rəbbim Günəş tutulması ilə insanların (ağıl sahiblərinin) diqqətini bütün yaradılışın əks olunduğu “Quran”a yönəldir. Maraqlıdır ki, “Quran”ın “Günəş” (91) surəsinin ilk dörd (!) ayəsində Allah-təala Günəşə dörd dəfə and içir:1. “And olsun Günəşə və onun işığına”.2. “And olsun (Günəşin) ardınca çıxan Aya”. 3. “And olsun onu (Günəşi) parlaq edən gündüzə”. 4. “And olsun onu (Günəşi) örtən gecəyə”.Burada diqqət çəkən digər məqam, üçüncü ayənin mənasıdır. Yəni bu ayədən məlum olur ki, Günəşi parlaq edən, ona işıq verən əslində gündüzdür (bir az da dərinə getsək, Günəşi işıqlandıran əslində gündüzün nurudur. Bu nuru görə bilənlərə salam olsun!).“And olsun ki, Biz Quranı ondan ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!” “Quran” “Ay” surəsi, 40-cı ayə.Paşa Yaqub – tədqiqatçı-yazıçı


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler