Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Sabah Azerbaycanda iş dayandırılacaq…

17 Temmuz 2016

9:08 pm


18/07/2016 [01:05]: xeber –
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnozlarına görə, sabah Azərbaycanda 42 dərəcə isti gözlənilir. Əmək qanunvericiliyi belə şəraitdə işin dayandırılmasını tələb edir.Bununla bağlı hüquqşunas Səməd Vəkilov Azərbaycan Respublikası Əmək Məcəlləsinin 233-cü maddəsinə diqqəti çəkib.S.Vəkilov qeyd edib ki, bu maddəyə əsasən soyuq və isti havalar şəraitində fasilələr və işin dayandırılması nəzərdə tutulur: “İşçilər havanın temperaturu azı 41 dərəcədən çox olan isti və açıq şəraitli iş yerlərində və ya ilin soyuq vaxtında, temperaturu müsbət 14 dərəcədən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara bu maddə ilə müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır”.Göründüyü kimi, proqnozlara əsaəsn sabah ölkə ərazisində hava şəraiti işin dayandırılması üçün tələb edilən temperaturdan da yüksək temperatur müşahidə ediləcək. Buna görə də açıq hava şəraitində, xüsusilə tikintilərdə işin dayandırılması gözlənilir./Cebhe.info/




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler