Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Saakaşvili xalqı savaşa sesledi…

28 Ekim 2016

12:04 pm


28/10/2016 [16:00]: xeber –
Biz gərək öz ideyalarımızı gerçəkləşdirmək üçün bütün döyüş meydanlarından – parlamentdən, dövlət idarələrindən, Gürcüstanın azad mediasından istifadə edək. Bunu gürcü xalqına müraciətində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili söyləyib. Onun sözlərinə görə, Bidzina İvanişvili saxtakarlıq və manipuliyasiya ilə xalqın arasında parçalanma yaradıb, vətəndaşların ümidini məhv etmək istəyir: “Onun bu planı alınmayacaq. Biz yaxşı Gürcüstanı görmüşük, biz inkişafın nə olduğunu bilirik və biz yaxşı xatırlayırıq ki, hansı möcüzələri yaratmaq mümkündür. Bizim mübarizəmiz davam edəcək. Harada olsaq da, Gürcüstan bizim vətənimizdir. Bəzilərimiz həbsdə, bəzilərimiz sürgündə, bəzilərimiz isə vətənində böyük təzyiqlər altında olmasına baxmayaraq, mübarizəni davam etdirir. Öz ideyalarımızın reallaşması üçün bütün döyüş meydanlarından istifadə etməliyik. Biz heç vaxt cinayətkar Rusiya oliqarxı tərəfindən Gürcüstanın özəlləşdirilməsinə izn verməyəcəyik”.(Axar.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler