Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Saakaşvili: “Nese çox tehlükeli bir şey hazırlanır”

20 Temmuz 2016

3:28 pm


20/07/2016 [19:26]: xeber –
“Onun qətli məndə belə bir təəssürat yaradır ki, bizə və bütün ölkəyə nəsə çox təhlükəli bir şey hazırlanır, siyasi sinif isə buna göz yuma-yuma bizi uçuruma aparır. Biz onları öz bağırtımızla dayandırmalıyıq. Amma təəssüf ki, Ukraynanın bir dürüst və güclü səsi azaldı”. Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili jurnalist Pavel Şeremetin qətlinə münasibət bildirərkən belə yazıb.Pavel Şeremet iyulun 20-də Ukraynanın paytaxtı Kiyevdə qətlə yetirilib. 44 yaşlı Pavel Şeremetin işlədiyi “Radio Vesti”yə getmək istəyərkən onun idarə etdiyi avtomobildə əldəqayırma partlayıcı qurğu işə düşüb. Qurğunun kənardan işə salınması və ya saat mexanizminə quraşdırıldığı güman olunur.Novator.az-ın məlumatına görə, Mixail Saakaşvili Facebook səhifəsində bildirib ki, 2009-cu ildə Gürcüstanın prezidenti olanda Şermet onun haqda kitab yazıb. O vaxt kitabda yazılanlar prezident Mixail Saakaşviliyə ədalətsiz görünüb. Saakaşvilinin sözlərinə görə, 2014-cü ildə Ukraynada hakimiyyət dəyişikliyi ilə nəticələnən Maydan hadisələrindən sonra o, Şeremetlə dostlaşıb və Kiyevdə jurnalistə müsahibə də verib.Facebook qeydində Saakaşvili Şeremetin çox istedadlı və olduqca saf adam olduğunu vurğulayıb və jurnalisti öldürənləri terrorçu adlandırıb.Pavel Şeremet 1971-ci il noyabrın 28-də Belarusun paytaxtı Minskdə doğulub. O, Ukraynada 5-ci il idi yaşayırdı. Şeremet 2012-ci ildən “Ukrainskaya pravda” portalı ilə əməkdaşlıq edib, 2015-ci ilin sentyabrından isə “Radio Vesti”də müəllif proqramı aparıb. Ukraynaya köçməzdən əvvəl Pavel Şeremet Rusiyanın “1-ci kanal”ında (ORT) həftəlik “Vremya” proqramının aparıcısı olub, 2008-ci ildən “Oqonyok” jurnalının siyasət və cəmiyyət şöbəsinə rəhbərlik edib.2004-2013-cü illərdə Gürcüstan prezident olmuş Mixail Saakaşvili 2015-ci ilin mayında Ukrayna vətəndaşlığı alıb və Odessa vilayətinin qubernatoru təyin edilib.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler