Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rusmeyilli esgerler Ərdoğanın taleyini hell etdi – ABŞ neşri

08 Kasım 2016

6:40 pm


08/11/2016 [22:39]: xeber –
Türkiyədə baş verən 15 iyul hərbi çevriliş cəhdinin aqibətini əsgərlər və dövlət rəsmiləri arasında böyük nüfuza malik olan Perinçək qrupu müəyyənləşdirdi. Bu iddia ilə “Huffinqton Post” qəzeti çıxış edib. Yazıda bu hadisədən sonra Türkiyədə Rusiyaya dost, ABŞ-a düşmən gözüylə baxıldığını bildirib: “Hərbi qiyamın uğuru təşkilatçıların öz dəstəkçilərindən silah alıb-almamasından asılıdır. Türkiyə Baş Qərargahının sədri İlkər Başbuğ ötən həftə parlamentdə çıxışında bütün hərbçilərin iştirak etməməsi səbəbindən qiyamın uğursuzluqla nəticələndiyini deyib”. ABŞ nəşri bu hərbçilərin Perinçək qrupundan olan Rusiya tərəfdarları olduğunu qeyd edib: “Rəcəb Tayyib Ərdoğan Rusiyanın dəstəyini qazanmaq üçün məlum hadisələrdən 2 həftə əvvəl Vladimir Putinə məktub yazaraq Su-24 olayına görə üzr istədi. Buna görə də çevriliş cəhdindən sonra Perinçək qrupu qiyamçıları dəstəkləmədiyini açıqladı. Nəticədə bu qrupun iştirakı olmadan qiyamın uğur qazanmayacağı bəlli oldu. Ərdoğan bilirdi ki, türk ordusunda rus tərəfdarları olsaydı qiyamçılar qalib gələcəkdilər. Bundan əlavə, türk lider hazırda Qərbin Putindən daha böyük təhdid olduğunu da bilir”.(Axar.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler