Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ruslardan SSRİ-ye qelebe qazandıran ölkeye naşükürlük

20 Haziran 2016

11:32 am


20/06/2016 [15:30]: xeber –
Müttəfiqlərin köməyi olmasaydı belə, SSRİ İkinci Dünya Müharibəsində qələbə qazana bilərdi.Bu nəticə Ümumrusiya İctimai Fikrin Tədqiqatı Mərkəzinin apardığı sorğudan sonra əldə olunub. Sorğu iştirakçılarının 50%-i müharibə zamanı SSRİ-nin əsas müttəfiqinin ABŞ olduğunu bildiriblər. Bundan sonrakı yerləri isə İngiltərə və Fransa tutub. Respondentlərin 95%-i faşizm üzərində qələbənin SSRİ-nin məhsulu olduğuna inanır. 67%-i isə SSRİ-nin öz müttəfiqlərinin köməyi olmasaydı belə Hitler üzərində qələbə qazana biləcəyini düşünür. Qeyd edək ki, İkinci Dünya Müharibəsinə SSRİ qoşulan zaman həm iqtisadi, həm də hərbi nöqteyi-nəzərdən kifayət qədər bərbad vəziyyətdə olub. Müharibə dövründə Moskvaya ən böyük yardımı ABŞ edib. Məhz Vaşinqtonun dəstəyi sayəsində SSRİ-də sənayeləşmə tam başa çatıb. Üstəlik, ABŞ SSRİ-yə qarşılıqsız olaraq külli miqdarda hərbi yardım da edib. Vaşinqtonun Moskvaya ümumi yardımı 11,3 milyard dollar olub. (Axar.az )




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler